Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polisi iş başında bıçaqladılar – Neftçalada
Polisi iş başında bıçaqladılar – Neftçalada
20 Mart 2016 / 19:48 / Baxış sayı: 526
Font1 Font2 Font3 Font4

Dünən axşam saatlarında Neftçala şəhərindəki H.Cavid parkında xidməti vəzifəsini yerinə yetirən Neftçala Rayon Polis Şöbəsi post-patrul xidmətinin əməkdaşı Nicat Nağıyev bıçaqlanıb.

Əvvəllər məhkum olunmuş Neftçala şəhər sakini, 1977-ci il təvəllüdlü Zaur Həsənovla 1971-ci ildə anadan olmuş Amil Hüseynovun sərxoş vəziyyətdə dalaşdığını görən PPX əməkdaşları onlara yaxınlaşaraq sakitləşdirməyə çalışıblar. Bu zaman Zaur Həsənov üzərində olan bıçaqla polislərdən birinə 2 zərbə vurub.

Çiynindən və ayağından xəsarətlər alan 1985-ci il təvəllüdlü polis serjantı Nicat Nağıyev Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törətmiş Zaur Həsənov polis tərəfindən saxlanılıb.Faktla bağlı Neftçala Rayon Prokrorluğunda cinayət işi qaldırılıb.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə