Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bayram günlərində Təcili Tibbi Yardım çağırışları çoxalıb
Bayram günlərində Təcili Tibbi Yardım çağırışları çoxalıb
21 Mart 2016 / 11:35 / Baxış sayı: 828
Font1 Font2 Font3 Font4
Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının işini artırıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, 19 və 20 mart tarixlərdə Bakıda təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayında artım müşahidə edilib.

Belə ki, həmin günlərdə olan çağırışların sayı adi günlərdə qeydə alınan orta göstəricidən təxminən 6 faiz çox olub.

Bildirilib ki, bayram günlərində tibb müəssisələrinin əksəriyyəti tam fəaliyyət göstərmədiyindən yük, əsasən, təcili tibbi yardım stansiyalarının üzərinə düşüb. Ona görə də çağırışların sayı artıb. Adi günlərdə olduğu kimi, çağırışların əksəriyyəti böyüklərdə ürək-damar xəstəlikləri, arterial təzyiqlə bağlı olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə