Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğanın qızı nişanlandı
Ərdoğanın qızı nişanlandı
21 Mart 2016 / 11:39 / Baxış sayı: 370
Font1 Font2 Font3 Font4

Ötən həftə təxirə salınmış nişan mərasimi dünən baş tutub. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğan nişanlıandı.  Sümeyyə Ərdoğanla Səlcuq Bayraqdarın nişanı İstanbul “Tarabya” köşkündə iki ailə arasında keçirilən sadə mərasimlə baş tutub.

Nişan mərasimində, bir həftə əvvəl səhhətində yaranmış nasazlıq səbəbindəın xəstəxanaya aparılan Səlcuq Bayraqdarın atası Özdəmir Bayraqdar da iştirak edib. Dünən günortadan sonra başlayan mərasimə jurnalistlər buraxılmayıb.

Nişandan əvvəl isə “Tarabya” köşkünün ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Sümeyyə Ərdoğan və nişanlısı Səlcuq Bayraqdar

Sümeyyə Ərdoğan və nişanlısı Səlcuq Bayraqdar

Sümeyyə Ərdoğanın nişan mərasimi ötən həftə üçün nəzərdə tutulsa da kürəkənin atası Özdəmir Bayraqdarın qəflətən infarkt keçirərək xəstəxanaya aparılması səbəbindın təxirə salınmışdı.

Sümeyye Erdoğan prezidentin 4 övladından biridir. O, 1985-ci ildə anadan olub. 2010-cu ildə hakim Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr və dünya mətbuatında çıxan xəbərlərdən məsul şəxsi qismində çalışır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə