Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda tikinti şirkətinin ofis binasında yanğın – YENİLƏNİR
Bakıda tikinti şirkətinin ofis binasında yanğın – YENİLƏNİR
21 Mart 2016 / 20:05 / Baxış sayı: 288
Font1 Font2 Font3 Font4

Bu gün Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2520 kv.m. olan 6 mərtəbəli binada yanğın baş verib.

arxiv.bizimxeber.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, binanın damının yanar konstruksiyaları 260 kv.m, 6-cı mərtəbənin tavanı 160 kv.m, 5-ci mərtəbənin tavanı 4 kv.m və 4-cü mərtəbənin tavanı 4 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, yanan bina tikinti şirkətlərindən birinin ofis mərkəzidir.

***
16:51

Xətai rayonu, Nobel prospektindəki bir binada yanğın baş verib. Musavat.com xəbər verir ki, bina AMAY ticarət mərkəzinin qarşısında, Katolik kilisənin yaxınlığında yerləşir. Hazırda FHN əməkdaşları binanın söndürülməsinə çalışırlar. Yanğın hadisəsinin hansı səbəbdən baş verməsi bilinmir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə