Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Canlı bomba hava limanında özünü partlatdı: 15 ölü, 81 yaralı – YENİLƏNİB
Canlı bomba hava limanında özünü partlatdı: 15 ölü, 81 yaralı – YENİLƏNİB
22 Mart 2016 / 19:38 / Baxış sayı: 1596
Font1 Font2 Font3 Font4

Hazırda hava limanı tamamilə boşaldılır, bütün uçuşlar dayandırılıb

Bu gün səhər saatlarında Brüssel hava limanında baş verən partlayış zamanı yaralananların sayı 81 nəfərə çatıb. Lent.az-ın ria.novosti-ə istinadən məlumatına görə, bu barədə Belçika səhiyyə naziri Maqqi de Blok məlumat verib.

***Son məlumata görə, terror aktında ölənlərin sayı 15-yə çatıb. Bu rəqəmin daha da artacağı istisna deyil. Hadisə nəticəsində yaralananların sayı isə 20-dan çoxdur.

**

Belçika mətbuatı yazır ki, partlayışlardan əvvəl hava limanında atışma səsləri eşidilib. Bildirilir ki, yaralalan şəxslərin çoxunun bədəninə aeroportun şüşələrinin qırıqları batıb. Terror aktının baş verdiyi hava limanı paytaxt Brüsseldən 10 km uzaqda yerləşir. Bu hava limanı ötən il 23 milyon sərnişin qəbul edib.

**

İlkin məlumatlara görə, hadisə nəticəsində 11 nəfər ölüb, 20-dən çox yaralı var. Partlayış terror aktı olduğu ehtimal edilir. Ancaq bu xəbər rəsmi qaynaqlardan təsdiqlənməyib.

**11:46

Belçikanın paytaxtı Brüsseldə Beynəlxalq Hava Limanında səbəbi bilinməyən iki partlayış baş verib. Lent.az “Hürriyet”ə istinadən xəbər verir ki, partlayışın ardından hava limanına gedən bütün metrolar dayandırılıb. “Reuters”in xəbərinə görə, hava limanının gediş hissəsində xeyli sayda yaralı var. “BBC” isə yazır ki, aeroportun terminal binasından qatı duman yüksəlir. Partlayışın çox şiddətli olduğu, hadisə yerinə çox sayda təcili yardım maşınının getdiyi bildirilir.

Partlayışın Amerika Hava Yolları bölümünün yanında baş verdiyi bildirilir. Belçika mediası yazır ki, hazırda hava limanı tamamilə boşaldılır. Bütün uçuşlar dayandırılıb. Qeyd edək ki, bu partlayış ötən il noyabrın 13-də Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror aktının əsas şübhəlisi olan Saleh Abdeslamın həbs edilməsindən 4 gün sonra baş verib.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə