Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Brüsseldə partlayışlardan sonra 3 Belarus vətəndaşı saxlanılıb
Brüsseldə partlayışlardan sonra 3 Belarus vətəndaşı saxlanılıb
22 Mart 2016 / 19:53 / Baxış sayı: 1216
Font1 Font2 Font3 Font4

Rusiya baş naziri Dmitri Medvedev ittihamlara cavab verib. Brüsseldə baş verən terror aktlarından sonra 3 Belarus vətəndaşı saxlanılıb. Polis onların terror hücumları ilə əlaqəsinin olmasından şübhələnir. 

Rusiyanın “Sputnik” xəbər agentliyinin Belarus nümayəndəliyinin məlumatına görə, Belarusun xüsusi xidmətləri bu məsələ ilə bağlı avropalı həmkarları ilə sıx əməkdaşlıq etdikləri barədə məlumat verirlər.

“Şübhəlilərdən ikisi – İvan və Aleksey Dovbaşlar Homel vilayətindəndirlər, daha biri Marat Yunusov isə dağıstanlıdır”.

Belarus hüquq-mühafizə organlarının yüksəkrütbəli məmurunun sözlərinə görə, saxlanılanlılar bir neçə il əvvəl Avropaya gediblər. “Şübhəlilərdən ikisi – İvan və Aleksey Dovbaşlar Homel vilayətindəndirlər, daha biri Marat Yunusov isə dağıstanlıdır və bir neçə il qabaq Belarus vətəndaşlığı alıb”, – deyə mənbə bildirib.

O, həmçinin 1988-ci il təvəllüdlü Dovbaş qardaşlarından böyüyünün 2008-ci ildə Belçikaya təhsil almaq üçün getdiyini bildirib. “Onun ardınca isə balaca qardaşı gedib.”

Dovbaşların valideynləri isə hələ də Homeldə yaşayırlar. Dağıstandan olan Yunusov isə Belarus vətəndaşı olmaqla yanaşı, həm də Belçika vətəndaşıdır.

Dmitri Medvedev - Rusiya baş naziri

Dmitri Medvedev – Rusiya baş naziri

Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Vasili Qritsak Brüssel partlayışlarında Rusiyanın əli olduğunu bildirib. Rusiya baş naziri Dmitri Medvedev buna reaksiya verərək onu “axmaq” adlandırıb. Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinin rəhbəri Vladimir Markin bunu “ən axmaq və ağılsız” bəyanat  adlandırıb.

Bu gün Brüsseldə baş verən silsilə partlayışlar nəticəsində azı 34 nəfər həlak olub. Ölənlərdən 20 metroda, 14 isə hava limanında baş verən partlayışlar zamanı həlak olublar. Şəhər prokurorluğunun məlumatına görə, yaralıların sayı 136 nəfərdir.

Bu arada Belçika Kralı Filip və kraliça Matilda Brüsseldən çıxarılıb. Brüsselin “RTBF” kanalının məlumatına görə, kral və kraliça Belçikada baş verən terror aktları ilə əlaqədar öz saraylarından təxliyə olunublar.

Brüssel hava limanı partlayışdan sonra

Brüssel hava limanı partlayışdan sonra

Brüsseldəki terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Misir KİV-lərinin verdiyi məlumata görə, müvafiq məlumatı qruplaşma ilə bağlı olan “Amak” informasiya agentliyi yayıb.

Terrorçular törədilən hücumların detallarını açıqlamayıblar. Eyni zamanda, onlar Avropanı yeni terror aktlarını törədəcəkləri ilə bağlı hədələyiblər.

Brüsseldə terror

Brüsseldə terror

Azərbaycanın Belçikadakı səfirliyinin və NATO yanındakı diplomatik nümayəndəliyinin əməkdaşları Brüsseldəki partlayışlarda xəsarət almayıblar. Bunu səfirlikdən deyiblər.

Diplomatik missiyalar bu ölkədə yaşayan və müvəqqəti qalan əməkdaşlarına və həmvətənlərimizə küçəyə çıxmamağı və insanların kütləvi toplaşdığı yerlərə getməməyi tövsiyə edir.

Brüsseldə olan digər azərbaycanlılar və turistlər haqda məlmat dəqiqləşdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə