Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

2016-cı ilin ən bahalı evləri və onların sahibləri kimlərdir?
2016-cı ilin ən bahalı evləri və onların sahibləri kimlərdir?
22 Mart 2016 / 21:42 / Baxış sayı: 2136
Font1 Font2 Font3 Font4
Bütün dünyaya yayılan maliyyə böhranı ən bahalı evlərin qiymətlərinə təsir edə bilməyib. Bəzən zəngin insanlar hamıdan varlı olduqlarını nümayiş etdirmək üçün maddi dəyəri hansısa bir ölkənin dövlət büdcəsinə bərabər olan mülk alırlar. Bəs 2016-cı ilin ən bahalı evləri və onların sahibləri kimlərdir? İlk beşliyi sizə təqdim edirik: 

5. Beşinci yerdə “Hearst” qalası qərarlaşıb. 1926-cı ildə Los-Ancelesdə tikilən qalanın qiyməti 165 milyon dollardır. Qəsri 26 qəzet, 13 milli jurnal, 8 radiostansiya və dünyaya yüzdən artıq uğurlu film buraxan şəxsi kinostudianın sahibi Uilyam Rendolf Hearst tiktirib. Memarlığın tarixi də qiyməti kimi maraqlıdır. Qalanın yerləşdiyi torpağı Hearstin atası 1856-cı ildə almışdı, hər il 7 nəfərdən ibarət olan ailə bura gəlib çadırlar qururdular. İndi isə burada ümumi sahəsi 6750 kvadrat metr olan qala yerləşir. Okeandan 8 km aralı olan qalada 56 otaq, bir neçə hovuz, xüsusi hava limanı, kinoteatr və heyvanxana var.

4. Dünyanın dördüncü ən bahalı evi ABŞ-da yerləşən Fairfield Pond adlı evdir. 29 yataq otağından ibarət villanın qiyməti 170 milyon dollardır. 39 vanna otağından ibarət malikanədə basketbol meydançası, 3 hovuz və uzunluğu 100 metr olan yeməkxana var. Malikanənin rəhbəri “Renco” şirkətinin rəhbəri Ayra Rennertdir.

3. Üçüncü yerdə “Villa Leopolda” qərarlaşıb. Fransanın cənubunda yerləşən ən yaxşı sahil xətti görünüşünə malik 29 min kvadrat metr sahəsi olan möhtəşəm villaya 19 yataq otağı, 14 vanna otağı, geniş bağlar, özəl çimərlik daxildir. 736 milyon ABŞ dolları dəyərindəki villa ağac xətti ilə əhatə edilir. Əmlakın sadə ölçüsü son dərəcə heyrətləndiricidir. Burada qonaq evləri, üzgüçülük hovuzları, idman kortları, boulinq meydançası, çox sayda mətbəx, kinoteatr, nadir mərmər döşəmə, dövrün orjinal bədii əsərləri var.

Bina

2. 2016-cı ilin ikinci ən bahalı evi Antilladır. Hindistanda yerləşən evin qiyməti 1 milyard dollar təşkil edir. Mumbayda sıxlıq səbəbindən maqnatlar villalara deyil, hündür mərtəbəli binalar inşa etməyə üstünlük verirlər. Mukeş Ambaniyə məxsus 27 mərtəbəli, 40 min kvadrat metr ev 21-ci əsrin Tac-Mahalı adlandırılır. Binada kinozal, vertolyot yeri, hovuz, Krişna ibadətgahı, bar və kitabxana var. Tikilinin 6 mərtəbəsi isə avtodayanacaqdır. Hansı ki, orada Mukeş Ambaniyə məxsus 168 avtomobil kolleksiyası göz oxşayır. 6 nəfər ailə üzvünün yaşadığı möhtəşəm tikilidə 600 xidmətçi işləyir. Bu hər ailə üzvünə 100 qulluqçunun düşməsi deməkdir. Antilla Mumbay haqqında digər maraqlı fakt binada 3 vertolyot dayanacağının olması, binada asma bağların, hovuzun, 2 mərtəbəli xəstəxananın, 50 nəfərlik kinozalın yerləşməsidir. Bundan başqa, evdə Hindistan istisindən qorunmaq üçün qarlı otaq var. Otağın sirrini ev sahiblərindən başqa heç kim bilmir.

1. Və nəhayət, dünyanın ən bahalı evi İsveçdə Zug gölünün sahilində yerləşən evdir. Bu qeyri-adi ev 12.2 milyard dollaradır, 2442 kvadrat metr sahədə yerləşir. Yaşayış sahəsi 752, terras isə 388 kvadrat metr təşkil edir. Evin 245 kvadrat metrini şərab zirzəmisi tutub. Evin bu qədər bahalı olmağının əsas səbəbi isə odur ki, onun tikintisində 200 ton qiymətli metallar, eləcə də, meteor daşlar və dinozavr sümüklərindən istifadə olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə