Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gömrükdə “paket” qalmaqalı – kütləvi istefalar gözlənilir
Gömrükdə “paket” qalmaqalı – kütləvi istefalar gözlənilir
23 Mart 2016 / 0:59 / Baxış sayı: 940
Font1 Font2 Font3 Font4

Dövlət Gömrük Komitəsində  yanvardan qeyri-rəsmi maaşlar (“paket”) kəsildiyindən işçilər arasında gərginlik yaranıb. İdxalda monopoliyanın aradan götürülməsi və idxalçılardan alınan rüşvətin aradan qaldırılması “paket”lərin kəsilməsinə səbəb olub. Çünki “paket”lər bu mənbələr hesabına ödənilirdi. Bu barədə istiqlal.az-a gömrükdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, gömrükçülərə rəsmi maaşlarının 1-3 milsli həcmdə verilən “paket”lərin kəsilməsinə hazır olmadıqlarından şokdadırlar və hətta bir neçəsi işdən getmək haqda ərizə də yazıblar: Qeyri-rəsmi maaçlar uzun müddət problemsiz verildiyindən işçilərin sabit gəlir mənbəyi sayılırdı.

Buna əsaslanıb ev və mənzil problemini həll etmək üçün kredit də götürmüşdülər.  İndi bu kreditlərin qaytarılmasında problemlər yaranıb. Qeyri-rəsmi maaşların daha verilməcəyi bəlli olduğundan gömrükçülər iş axtarmağa başlayıb. Hətta rəhbər strukturlarda çalışanlar belə özəl sektorda iş axtarmağa başlayıb. Rəhbərlik rəsmi maaşların artırılması üçün hökumətə müraciət etsə də, cavab mənfi olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə