Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağdamın sivilizasiyadan uzaq qalan kəndləri
Ağdamın sivilizasiyadan uzaq qalan kəndləri
23 Mart 2016 / 1:07 / Baxış sayı: 696
Font1 Font2 Font3 Font4

Ağdam rayonunun bir neçə kəndi informasiya blokadasına alınıb. Yüksək inkişaf və texnologia əsrində yaşamağımıza baxmayaraq, Ağdamın kəndlərində internet problemi yaşanır.

AFN.az-a danışan Mahrızlı və Zəngişalı kəndlərinin sakinləri internet imkanlarına məhdudiyyətlər qoyulması və bu səbəbdən yaranmış informasiyasızlıqdan şikayətlənirlər. Yerli sakinlərin dediyinə görə, Ağdamın yaşayış yerlərinə telefon xətləri çəkilsə də, internet təchizatında hələ də problemlər qalır. Araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri dəfələrlə qaynar xətlərə, Ağdam telekommunikasiya qovşağının əməkdaşlarına, həmçinin Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinə müraciətlər ünvanlasalar da, onların şikayətləri qulaqardına vurulub. Səbəb kimi isə nazirliyin idarəni portla təmin etməmələri göstərilib.

Məsələ ilə bağlı adının çəkilməsini istəməyən Ağdam Telekommunikasiya qovşağının əməkdaşı açıqlamasında deyib ki, nazirlik port avadanlığı göndərib, amma bərbad və nasaz olduğu üçün geri qaytarılıb: “Sovet hakimiyyəti dövründən qalma texnikanı idarəmizə müasir texnika adı altında göndərmişdilər. Biz isə dərhal geri qaytardıq. İndi isə texniki avadanlıq göndərmirlər”.

Bu gün ölkəmizdə vətəndaşlar daha çox informasiyanı internet məkanından, KİV-lərdən, xəbər portallarından əldə edirlər. Ağdam sakinləri də bu imkanlardan istifadə etmək hüququna malikdirlər. Amma problem həll olunmamış qalır. Ağdamın bir neçə kəndinin sakinləri isə Rabitə Nazirliyindən avadanlığın təmin olunmasına ümidləri olmadığı üçün Allahdan internet diləyirlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə