Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Brüsseldəki bombalar taksinin köməyi ilə tapıldı
Brüsseldəki bombalar taksinin köməyi ilə tapıldı
23 Mart 2016 / 9:46 / Baxış sayı: 1470
Font1 Font2 Font3 Font4

Brüssel hava limanında və Skarbek kommunasındakı mənzillərin birində tapılan bombaları taksi sürücüsünün köməyi ilə aşkarlamaq mümkün olub.  Partlayıcı qurğular məhz terrorçuları aeroporta aparan taksi sürücüsünün məlumatı əsasında aşkarlanıb.

Taksi sürücüsü terror aktından bir neçə saat sonra polislə əlaqə saxlayaraq, terrorçuların onun avtomobili ilə aeroporta getdiklərini bildirib.  O qeyd edib ki, sərnişinlərin azı üç çantası olub.   Məhz bu ifadələr əsasında polis hava limanında naməlum səbəbdən partlamayan üçüncü bombanı aşkarlayıb.

Bundan başqa,  taksi sürücüsü polisə terrorçuların Skarbek kommunasında qaldıqları evin ünvanını verib.  Sürücü bildirib ki, sərnişinlər özləri ilə daha çox çanta aparmaq istəyib, lakin avtomobildə boş yer qalmadığından, o buna icazə verməyib.

Qeyd olunan ünvanda axtarış zamanı daha bir partlayıcı qurğu, kimyəvi maddələr və İŞİD-ə məxsus bayraq tapılıb.

Bundan başqa, polis terrorçuluqla əlaqəli olduğu şübhəli bilinən şəxsə məxsus “Renault Clio” və “Audi S4” markalı avtomobillərin axtarışı ilə məşğuldur.  

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə