Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Madridin ən iri məscidinə siqnal raketləri atılıb
Madridin ən iri məscidinə siqnal raketləri atılıb
23 Mart 2016 / 18:05 / Baxış sayı: 762
Font1 Font2 Font3 Font4

Hadisəyə görə məsuliyyəti “Hogar Social Madrid” ultrasağ qrupu üzərinə götürüb.

Ultrasağ fəallar İspaniyanın  paytaxtı Madridin  ən iri məscidinə siqnal raketləri atıblar.  Nəticədə ərazini qatı tüstü bürüyüb. Hücum edənlər məscidin yanında “Bu gün Brüssel, sabah Madrid?” yazılmış plakat asıblar.

Hadisəyə görə məsuliyyəti “Hogar Social Madrid” ultrasağ qrupu üzərinə götürüb. Qrup sosial şəbəkədə #TerroristasWelcome (“terrorçular, xoş gəldiniz) haştaqıyla fotolar paylaşaraq onlara “Dünən Paris, bu gün Brüssel, sabah Madrid”, ” M30-dakı məsciddə radikal islamizmə qarşı aksiya” (M30 – Madriddə yollardan biridir – red.) şərhlərini yazıblar.

Madrid meriyası aksiyaya dərhal reaksiya verib. “Onlar müsəlman cəmiyyətini qanundankənar elan edə bilməzlər. Biz terrorizmlə birgə mübarizə aparırıq. Birgə yaşayış = təhlükəsiz şəhərlər”, – meriyanın Twitter-dəki səhifəsində yazılıb.

Martın 22-də Belçika Krallığının paytaxtı Brüsseldə aeroport və metroda partlayışlar törədilib. Son məlumatlara görə, 31 nəfər ölüb, 260 nəfər yaralanıb. Terakta görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb

arxiv.bizimxeber.az

Brüssel beynəlxalq hava limanı partlayışdan sonra



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə