Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Maqsud İbrahimbəyovla vida mərasimi başlayıb
Maqsud İbrahimbəyovla vida mərasimi başlayıb
23 Mart 2016 / 18:16 / Baxış sayı: 904
Font1 Font2 Font3 Font4

Vida mərasimi Akademik Milli Dram Teatrında keçirilir. Xalq yazıçısı Maqsud İbrahimbəyov dəfn edilib. Maqsud İbrahimbəyov I Fəxri xiyabanda torpağa tapşırılıb.  Dəfn mərasimində mərhumun yaxınları, həmkarları, ctimaiyyət nümayəndələri iştirak edib.

13-10

Bu gün Akademik Milli Dram Teatrında xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimi keçirilir. Vida mərasimində mərhumun qardaşı Rüstəm İbrahimbəyov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, dövlət və ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimini giriş nitqi ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar açıb. O bildirib ki, Azərbaycan ədəbiyyatına ağır itki üz verib: “Biz 56 il bundan qabaq Maqsudla tanış olmuşuq. Birlikdə ssenari kurslarını bitirmişik. Amerikadan Çinə qədər səfərlərdə olmuşuq. Maqsud “60-cılar” nəslinin layiqli nümayəndələrində idi. Artıq “60-cı lar” nəslinin yarpaq tökümü başlayıb. Bizim xalq istedadlı xalqdır. Yenə yaxşı şairlər, yaxşı yazıçılar yetişəcək. Amma heç vaxt 2-ci Maqsud olmayacaq. Biz Maqsudla bir yerdə sevinmişik, bir yerdə gülmüşük. Bu gün Maqsudun müəllifi olduğu əsərlərinin oynandığı teatrda onunla vidalaşırıq. Biz yaşadıqca Maqsud da yaşayacaq”.

Maqsud İbrahimbəyov I Fəxri Xiyabanda dəfn olunacaq. Xalq yazıçısı Maqsud İbrahimbəyov uzun sürən ürək xəstəliyindən sonra martın 22-də 81 yaşında vəfat edib.

Maqsud İbrahimbəyovla vida mərasimi

Maqsud İbrahimbəyovla vida mərasimi

Maqsud İbrahimbəyovla vida mərasimi başlayıb

Maqsud İbrahimbəyovla vida mərasimi başlayıb

Nasir, kinodramaturq və rejissor Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə