Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yerevan – Moskva təyyarəsində bomba xəbəri yayıldı
Yerevan – Moskva təyyarəsində bomba xəbəri yayıldı
24 Mart 2016 / 17:56 / Baxış sayı: 1140
Font1 Font2 Font3 Font4

Ermənistanın hüquq-mühafizə orqanları Yerevan-Moskva təyyarəsinə bomba qoyulması iddiası barədə məlumatı yoxlayır. “RİA Novosti” xəbər verir ki, bu barədə Ermənistanın polisinin mətbuat xidmətinin əməkdaşı Armen Malxasyan məlumat verib. 

Daha əvvəl Yerevanın “Zvartnots” hava limanına çoxlu sayda polis, Milli Təhlükəsizlik Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşı gəlib. Belə ki, hüquq-mühafizə orqanlarına Yerevandan Moskvaya uçacaq təyyarəyə bomba qoyulması barədə məlumat daxil olub. Məktub elektron poçt vasitəsilə göndərilib.

Hava limanının sözçüsü Gevorq Abramyan hazırda aeroportda vəziyyətin sakit olduğunu bildirib: “Hər şey yaxşıdır, panika yoxdur. Aeroport binasının girişində həmişə olduğu kimi iki polis avtomobili növbə çəkir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə