Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ebru Gündeş Zərrabla bağlı qərarını verdi – FOTO
Ebru Gündeş Zərrabla bağlı qərarını verdi – FOTO
25 Mart 2016 / 17:58 / Baxış sayı: 310
Font1 Font2 Font3 Font4

Müğənni ABŞ-da həbs olunan həyat yoldaşının yanına gedib. Məşhur türkiyəli müğənni Ebru Gündeş bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarında (ABŞ) həbs olunan həyat yoldaşı, iş adamı Rza Zərrabın yanına gedib.

Türkiyənin “Posta” qəzetinin yaydığı məlumata görə, ifaçı yaxınlarına “Rza indi məni yanında istəyər” deyərək Mayamiyə yollanıb. O, ABŞ-da aprelin 4-nə, Rza Zərrabın ilk məhkəmə prosesinə qədər qalacaq.

Qeyd edək ki, əri tutulan gün Ebru Gündeş qızı Alaranın psixoloji gərginlik keçirə biləcəyini nəzərə alaraq İstanbula qayıtmışdı. Onun bu addımı media orqanlarında cütlüyün münasibətlərinin sona çatdığını və Ebru Gündeşin həbsdən sonra Zərrabla boşanacağı xəbərlərini gündəmə gətirmişdi.

İran əsilli azərbaycanlı milyader Rza Zərrab İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə ittiham olunur. Onun üçün 75 il həbs cəzası tələb olunub.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə