Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tahir Kərimovu bağışlamaq olarmı?
Tahir Kərimovu bağışlamaq olarmı?
25 Mart 2016 / 18:14 / Baxış sayı: 654
Font1 Font2 Font3 Font4

Vəzifə səlahiyyətlərindən sui-istifadəyə, vətəndaşlarla kobud təftar və ən əsası prezident İlham Əliyevin etimadığnı doğurltmadığına görə, vəzifədən qovulan Salyanın sabiq icra başçısı Tahir Kərimovun harada olduğu bilinmir.

Üstəlik, barəsində səslənən ittihamların, rayon sakinlərinin telekanallar vasitəsilə söylədikləri fikirlərin qarşısında tamamilə susan T.Kərimov səsini belə çıxartmır.

Elə isə, maraqlıdır, Tahir Kərimov niyə susur? İttihamlara cavab verməməklə günahını etiraf etmiş olur, yoxsa susmaqla yeni vəzifə əldə etməyə, bu hakimiyyətə sadiq olduğunu göstərməyə çalışır..? Bəlkə əfv olunmaq istəyir? Hər iki versiyanı incələməyə çalışaq…

Əgər Tahir Kərimovun ikinci – hakimiyyətə sadiq olduğu üçün susur – versiyasını incələsək nələr ortaya çıxar?

İllərlə Salyanın icra başçısı postunu tutan, prezidentin indiyə kimi heç kimə göstərmədiyi etimadın (Salyanda sakinlərlə planlaşdırılmamış görüş…) qarşılığında etdiyi məlum əməllər

rayon sakinlərinı qorxu icində saxlamaq

insanların problemlərini dinləməmək

rayon ərazisində böyük biznes şəbəkəsi qurmaq

villalar tikdirmək, sakibkarları şərlətdiririb həbs etdirmək

rayona nəzarəti yaxın qohumu Faiq Nəcəfovun ixtiyarına vermək

sahibkarlardan haqq toplamaq

Salyan avtovağzalına yiyələnmək

vağzalı restorana çevirmək və sairə…

Salyanda sadlanan və sadalanmayan əməllərin sahibi kimi yaddan qalan Tahir Kərimovun sadiqliyindən söhbət belə gedə bilməz. Sadiq olmaq, olkə başçısının etimadını doğrultmaq istəyən bir icra başçısının rayondan çıxarılması toy-bayramla qeyd edilməzdi. Elə isə Kərimovun susmasının səbəbi bəllidir, susqmaqla yeni vəzifəyə nail olmağı düşünür…

Yəqin ki, o hələ də vəzifə arzusundadır və ümidlərini itirməyib. Bəzən vəzifədən qovulan məmurlarda iki hiss oyanır – ilk günlər həbs qorxusu ilə yaşayırlar. Bir neçə gün sonra isə həbsdən qurtulduqlarını düşünüb yenidən vəzifə arzusuna düşürlər… Görünür, yoldaş Kərimov düşünür ki, artıq həbs olunmaq təhlükəsini keçib, ona görə, yeni vəzifə arzulayır və ona görə də susur.

Əvvəla T.Kərimov yaxşı bilir ki, onun danışması ciddi problemlər yaradacaq. Çünki, danışarkən daha ciddi səhflər edəcək, problem daha da böyüyəcək.

Və yaxud nə danışsın? Nə desin? Desin salyanlılar yalan danışır? Desin ki, sahibkarları şərlətdirib həbs etdirməmişəm? Bəlkə desin ki, Zeynal Nağdəliyev də düz demir? Yoxsa nə?…

Biz sözlə, Tahir Kərimovun işi çox müşküldür. Etimadı doğrultmayan eks məmura hansı vəzifə veriə bilər ki? Və ya niyə də verilməlidir? Hansı xidmətlərinə görə, onu əfv etmək olar? 

Ədil Hüseynli
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə