Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı milyarderin 70 metrlik lüks yaxtası
Azərbaycanlı milyarderin 70 metrlik lüks yaxtası
26 Mart 2016 / 13:30 / Baxış sayı: 1380
Font1 Font2 Font3 Font4

Hollandiyanın ən böyük yaxtası – “Galactica Super Nova” nın Vaqif Ələkbərova məxsus olduğu iddia edilir.

Hollandiya istehsal etdiyi ən böyük yaxtanı suya buraxıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bu lüks yaxtanın ölçüsü nə az, nə çox düz 70 metrdir.Hələlik onun sahibinin adı və qiyməti açıqlanmır. Amma yaxtanın azərbaycanlı neft maqnatı, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun sifarişi olduğu iddia edilir. 

Yaxta “Heesen Yachts” şirkəti tərəfindən hazırlanıb. 70 metrlik “Galactica Super Nova” nəinki ən böyük yaxtadır, həm də öz sinifində ən sürətlidir.  Korpusunun xüsusi forması sayəsində o bu imkana sahib olub. Yaxtada üçüncü mühərrik quraşdırılıb.

Onun dizaynının müəllifi isə Espen Oeqnodur.

Vaqif Ələkbərova məxsus olduğu iddia edilən yaxta

Vaqif Ələkbərova məxsus olduğu iddia edilən yaxta

Bu yaxtada 6 kayuta var. Kayutalarda 12 qonaq yerləşdirmək mümkündür. Kayutları bütün lazımı avadanlıqla, gümüş  bəzək əşyalarına qədər hər şeylə təchiz olunacaq. Yaxtanın göyərtəsində su tutumu 13500 litr olan hovuz da var.

İndi yaxta Şimal dənizində sınaqdan çıxarılmalıdır. Bundan sonra o ilk səfərinə çıxacaq – Niderlanddan, Monteneqroya qədər. Yaxta geniş ictimaiyyətə “Monaco Yacht Show” sərgisində nümayiş ediləcək. Sərgi isə bu ilin sentyabr ayında başlayacaq.

Daha öncə adıçəkilən azərbaycanlı milyarderin eyni şirkətdən yaxta alması barədə məlumatlar yayaılmışdı. V.Ələkbərovun öncəsi yaxtası isə 50 metrlik “Galactica” olub.

Şirkətin müştəriləri arasında bir sıra başqa milyarderlər də var. Məsələn,Süleyman Kərimov. O, 2013-cü ildə inşa edilən 36 metrlik yaxtasını “Millenium” adlandırıb.

Hollandiyada suya buraxılan ən böyük yaxta



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə