Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tahir Kərimovun dəbdəbəli villası muzey yox, uşaq baxçası olacaq – YENİLƏNİB
Tahir Kərimovun dəbdəbəli villası muzey yox, uşaq baxçası olacaq – YENİLƏNİB
27 Mart 2016 / 14:03 / Baxış sayı: 782
Font1 Font2 Font3 Font4

Ötən gün prezidentin sərəncamı ilə bu yaxınlarda Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tahir Kərimovun rayonda dəbdəbəli villasının dövlət balansına verilməsi ilə bağlı məlumat yayılmışdı. Qeyd olunurdu ki, Salyan şəhərinin mərkəzində inşa edilən dəbdəbəli villa bundan sonra İcra Hakimiyyətinin balansında muzey kimi fəaliyyət göstərəcək.

Bu gün arxiv.bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, T.Kərimovun məlum villasının yerində uşaq baxçası olub. Bir neçə il əvvəl T.Kərimovun göstərişi ilə baxça sökülərək icra başçısı üçün villa tikilib. İndi rayon sakinləri Kərimovun villasının muzey deyil, məhz uşaq baxçası olmasını tələb ediblər. Yəqin ki, yaxın günlərdə villa uşaq baxçası kimi fəaliyyətə başlayacaq.

Məlumat üçün bildirək ki, villanın sənədləri kökündən saxtadır və Kərimovun təzyiqləri ilə hazırlanıb.

Xatırladaq ki, Tahir Kərimov bu il martın 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə tutduğu vəzifədən qovulub. Onun yerinə isə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin edilib.

arxiv.bizimxeber.az



Tahir Kərimovun dəbdəbəli villası muzey yox, uşaq baxçası olacaq – YENİLƏNİB yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə