Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlqar Abbasovun Suraxanı biznesi… – İmperiya böyüyür
İlqar Abbasovun Suraxanı biznesi… – İmperiya böyüyür
26 Mart 2016 / 18:52 / Baxış sayı: 308
Font1 Font2 Font3 Font4

İlqar Abbasovun göstərişi ilə rayon ərazisində inşa olunan bütün tikililərin eskiz-layihələri məhz başçıya məxsus şirkət tərəfində hazırlanmalıdır.

İllərdir ki, neftdən gələn vəsait sadə insanı yalançı parıltı ilə aldatmağa xərclənirdi. Lakin dünya 8-9 il əvvəl olduğu kimi yenidən, həm də daha ciddi formada iqtisadi böhran mərhələsinə daxil olandan, neftin qiyməti kəskin azalandan sonra artıq ölkə vətəndaşı illərdir ona təqdim olunanın görüntünün animasiya xarakterli olduğunu dərk etdi. Kasıb insana təqdim edilən primitiv, yalançı parıltı bir anda yox oldu. Dövlət başçısının “ölkə artıq qənaət rejiminə keçməlidir” bəyanatından sonra illərdir yalançı təqdimatlarla manipulyasiya edən yerli icra strukturları yeni mərhələdə çaşqın vəziyyətə düşdülər.

Bu da təsadüfi deyil. Adamlar illərdir ki, siyasi idarəçiliyin məhz manatla icra mexanizmini bilirdilər. Təyinatlarından həmən sonra kiçik padşahlıqlar yaradan icra başçıları, yerli əhali ilə təmaslarını uzun müddətdir ki, məhz baş vəzirləri – birinci müavinləri vasitəsilə həyata keçirirlər. Hələ tarixdən məlumdur ki, vəzirlər bütün parametirləri ilə yalançı və riyakar olublar. Ölkədə vicdanlı sosial sorğular keçirilsə bir rayonun icra başçısı belə bu sorğudan 50+1 rəqəmi ilə qalib çıxa bilməz. Conflict.az olaraq, ölkə qanunlarının imkan verdiyi qədər, bölgələr üzrə yerli icra hakimiyyətlərinin fəaliyyətinə ictimai nəzarət funksiyasını zaman-zaman həyat keçirməyi planlaşdırmışıq. Öncə paytaxtın ucqar rayonlarından hesab olunan Suraxanıdan başlamağı düşündük.
11 ildir ki, bu rayona rəhbərlik edən İlqar Abbasov haqqında daim ziddiyyətli informasiyalar dərc edilir. Mətbuatın müxtəlif vaxtlarda dərc etdiyi araşdırmalarda Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun ifşa edilmiş “MTN çetesi”nin rəhbəriı Eldar Mahmudovla və hal-hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla əlaqələrinin olması qeyd edilir. Hesab edirik ki, bu məsələnin araşdırılması sadəcə müvafiq hüquq – mühafizə orqanlarının işidir. Conflict.az olaraq əlimizdə bu məsələ ilə bağlı tutarlı faktlarımız yoxdur. Lakin rayon ərazisində aparılan qanunsuz tikililəri, 28 oktyabr 2008-ci ildən torpaq sahələrinin alqı – satqısının yerli bələdiyyələrdən alınmasına baxmayaraq, Suraxanı rayonunda həmin prosesin hələ də davam etməsini təsdiq edəcək fakt həmin torpaqlarda inşa edilimiş tikililərdir.

Xətai rayonundan, Hovsan qəsəbəsi istiqamətində hərəkət edərkən yolun sağ tərəfində “Qum adası” adlanan sahədə, qəsəbəyə giriş nişanını göstərən ərazidən başlayaraq, yolun yenə sağ tərəfində, dəniz kənarında, hətta zibil yeşkilərinin yerləşdiyi ərazidə inşa edilən evlər özlüyündə faktdır.

Bundan başqa İlqar Abbasovun göstərişi ilə rayon ərazisində inşa olunan bütün tikililərin layihələri məhz başçıya məxsus şirkət tərəfində hazırlanmalıdır. Əks halda həmin şəxsin inşa etdirmək istədiyi evin eskiz – layihəsi başçıya məxsus şirkətdə deyil, məhz vətəndaşın özünün istədiyi təşkilatda çəkilərsə o halda həmin sənəd müxtəlif bəhanələrlə ya qəbul edilmir, ya da qəbul olunması üçün fantastik məbləğ tələb olunur. Qeyd olunan bu məsələ ilə bağlı əlimizdə real faktlarımızın olduğunu Suraxanı rayon icra hakimiyyətinin səlahiyyətlilərinin bilməsi vacibdir. Vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən onun şəxsi mülkiyyəti olduğunu təsdiq edən sənədi aldıqdan sonra, inşa etdirdiyi dörd otaqlı evi məhz Suraxanı rayonu icra hakimiyyəti tərəfindən yaradılmış süni problemə görə sənədləşdirə bilmir.

Səbəb isə birdir – eskiz–layihə məhz icra hakimiyyətinin nəzarət etdiyi müəssisədə çəkiməli idi. Göründüyü kimi yerli icra orqanlarına biznes sahəsindən gələn İlqar Abbasov dövlət görəvinə də bu müstəvidən baxır. Nədən məhz yuxarıda göstərilən məsələ ilə əlaqədar cənab İlqar Abbasovun sorumlu olduğunu qeyd edirik. Sadə səbəbdən. Adam zatən dövlət başçısının müvafiq sərəncamı ilə 11 ildir ki, rayondan sorumludur.

Görəsən cənab Abbasov yeni tikililərlə bağlı imzaladığı hər sərəncamdan öncə qarşısına gətirilən eskiz-layihələrin nədən eyni müəssisə tərəfindən hazırlandığını bilmirmi? Və ya müvafiq dövlət orqanı tərəfindən vətəndaşın istifadəsinə verilmiş torpaq sahəsini hasara alması üçün nədən yerli icra orqanının “icazəsi” tələb olunur? Suraxanı rayon icra hakimiyyəti vətəndaşdan ona məxsus torpaq sahəsini hasarlamaq üçün hansı “sənədləri” tələb edir? Yuxarıda qeyd olunduğu kimi artıq ölkə vətəndaşını yalançı parıltılarla, pafoslu vədlərlə aldatmaq mərhələsi geridə qalıb. Hesab edirik ki, rayon ərazisində ikitərəfli formada “razılıq” əsasında fəaliyyət göstərən yüzlərlə küçə ticarətçisinə “şərait” yaradıb, rayonda işsizliyə “töhvə vermək” də görəv saxtakarlığı, ölkə başçısını aldatmaqdır.

Bu isə “MTN çetesi”nin başçısı Eldar Mahmudovun adamı olmaqdan və ya hal-hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova gizli dəstək verməkdən miqyasca kiçik olan səhvlər deyil. Biz ona görə cinayət demirik ki, yuxrıda qeyd etdiyimiz kimi bu məsələ məhz hüquq-mühafizə orqanlarının işidir. Və inanırıq ki, bir müddət əvvəl vəzifə xəyantkarlığı, vətəndaş-məmur münasibətlərini düzgün qurmaq istəməyən Laçın və Cəbrayıl rayonlarının icra başçılarının siyahısı hələ davam edəcək. / Conflict.az /

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə