Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda müəmmalı gurultu səsi eşidildi
Bakıda müəmmalı gurultu səsi eşidildi
27 Mart 2016 / 16:36 / Baxış sayı: 1300
Font1 Font2 Font3 Font4

Seysmoloji Xidmət Mərkəzi bunun zəlzələ olmadığını deyir. Bu gün saat 12:00 radələrində Bakının Səbayıl və Yasamal rayonu ərazisində müəmmalı bir gurultu səsi eşidilib. Həmin səs o qədər güclü olub ki, hətta binaları da titrədib.

Baş verən müəmmalı tərpənişlə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ANS PRESS-ə bildirdi ki, o da, məsələdən xəbərdardır: “Özüm də həmin səsi və tərpənişi hiss elədim. Qobu qəsəbəsində yerləşən stansiya da bu tərpənməni qeydə alıb. Ancaq onu deyə bilərəm ki, bu zəlzələ deyildi”.

Fövqəladə Hallar Nazirliyindən də hələlik partlayış yaxud hər hansı bənzər hadisə barədə “qaynar xətt”ə heç bir çağırışın daxil olmadığını bildirdilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə