Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polis rəisinə qarşı şok ittiham – Vətəndaşdan nazirə müraciət
Polis rəisinə qarşı şok ittiham – Vətəndaşdan nazirə müraciət
27 Mart 2016 / 16:37 / Baxış sayı: 624
Font1 Font2 Font3 Font4

Bir neçə gün öncə AzToday.az saytında dərc olunmuş “Ramil Usubovun diqqətinə: Rəis tabeçiliyində olan polisin 45 min manatını belə mənimsədi”  başlıqlı məqalə geniş oxucu kütləsinin marağına səbəb olub. 

Belə ki, vətəndaş Aliq Məmmədovun daxili işlər naziri Ramil Usubova ünvanladığı müraciət əsasında hazırlanan məqalədə Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmovun qanunsuz əməllərindən, oğlanları Röyal və Xəyal Məmmədovların qərəzli şəkildə işdən çıxarılmasından bəhs edib.

Aliq Məmmədov müraciətində göstərib ki, oğlu Royal Məmmədov 2014-cu ilin dekabr ayının ayının 15-ndən 16-na keçən gecə azyaşlı qızı cinsi istismara məruz qoymuş cinayətkar dəstəni yaxalayıb polis orqanlarına təhvil verdikdən sonra rəis Nofəl Məhərrəmov 17 dekabr tarixində Royal Məmmədovdan ərizəsini alaraq 14 dekabr tarixinə işdən çıxarıb.

Məqalədədə iddia olunur ki, buna səbəb guya Royal Məmmədov sözügedən cinayətkar dəstəni yaxaladığı zaman polis olmadığını göstərməsidir: “Royal Məmmədovun ittiham olunduğu 182.3.2 maddəsi ilə gördüyü iş arasında heç bir uyğunluq ortaya çıxmadığı halda, polis nəfərinə qarşı olan qərəzli yanaşma haradan qaynaqlanır (Əslində 5 ay müddətində heç bir istintaq işi aparılmayıb – red)? Nə üçün 182.3.2 maddəsi ilə başlanılmış cinayət işi Royal Məmmədovun 5 ay 22 gün təcridxanada saxlanılmasından sonra 322.2 (özbaşınalıq) maddəsinə çevrilərək 1 il 2 ay sonra məhkəməyə göndərilir? Vaxtilə Nofəl Məhərrəmovla Royal Məmmədovun atasının mehriban münasibətləri olsa da, Royal Məmmədov 5 ay 22 gün sonra azadlığa buraxılır. Polis rəisinin işçisinə qarşı düşmən kəsilməsinə görəsən səbəb nə olub?”.

Məqalədə qeyd olunur ki, bir polis rəisi kimi Nofəl Məhərrəmovun burada ikibaşlı oyun oynaması açıq-aydın görsənməkdədir: “Aprel ayının 5-də keçiriləcək məhkəmə iclasında da Nofəl Məhərrəmovun ikibaşlı oyunlarının üstünün açılması ehtimalı var. Hansı ki Nizami rayon məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi məhz Nofəl Məhərrəmovun qərəzli, şəxsi məqsədləri üzərində qurulmuş bir oyun olduğunu göstərməkdədir. Buna məhkəmə prosesində şahidlərin dindirilməsi və vəkilin vəsatətlərinin təmin olunmaması sübut deyilmi? Hələ ibtidai istintaq zamanı baş verən qanun pozuntuları və digər şübhəli məqamlar da araşdırılarsa bu işdə Royal Məmmədovun nə dərəcədə haqlı və günahsız olduğu mütləq ortaya çıxacaqdır”.

Saytın yazdığına görə, vətəndaş Aliq Məmmədovun müraciətini dərc etdikdən sonra AzToday.az-a Nizami rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmovla bağlı daha bir şikayət daxil olub: “Vətəndaş Aliq Məmmədovun müraciətini dərc etdikdən sonra AzToday.az-a Nizami rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmovla bağlı daha bir şikayət daxil oldu. Belə ki, Prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova müraciət hazırladığını bildirən Elman Əlizadə adlı daha bir vətəndaş əməkdaşımıza açıqlamasında analoji hadisə ilə üzləşdiyini dedi”.

Vətəndaşın sözlərinə görə, Nizami rayon yol polisində çalışan oğlu Bilal Əlizadə də zaman-zaman rayon polis idarəsinin rəisi Nofəl Məhərrəmovun özbaşına əməlləri ilə üzləşib: “Nofəl Məhərrəmov tabeçiliyində olan polis nəfərini müxtəlif bəhanələrlə işdən çıxardacağı ilə hədələyərək Bilal Əlizadənin atasından külli miqdarda pul alıb. Təbii ki, Elman Əlizadənin polis rəisi Nofəl Məhərrəmov arasındakı sövdələşmələrdən bizim bir mətbuat işçisi kimi xəbərimiz olmayıb. Amma vətənaşın əlində olan maddi sübutlar deməyə əsas verir ki, Nofəl Məhərrəmov qızıl aludəçisidir. Elman Əlizadə oğlunun ləkələnməməsi üçün ayrı-ayrı vaxtlarda Nofəl Məhərrəmova verdiyi qızıl sikkələr,  üzərində rəisin ailəsinin də şəkli olduğu qızıl boyunbağılar məşhur filmdə deyildiyi kimi danışmağa başlasa görəsən Nizami Polis İdarəsinin rəisi özünə necə haqq qazandıracaq? Hələ Nofəl Məhərrəmovun məşhur bir general üçün brilliant qaşlarla bəzədilmiş paqonları “dil açsa” nələr olacağını əvvəlcədən söyləmək çətindir. Amma vətəndaş Aliq Məmmədovun da, vətəndaş Elman Əlizadənin də polis rəisi tərəfindən haqsızlığa məruz qaldıqları açıq aydın görsənməkdədir. Bəs görəsən, daxili işlər naziri Ramil Usubov cənabları Nizami rayon Polis İdarəsinə rəis təyin etdiyi  Nofəl Məhərrəmovun bu kimi işlərindən xəbəri varmı? İnanırıq ki, cənab nazir vətəndaş Aliq Məmmədovu və oğlunun vəkili ilə birlikdə qəbul etdiyi vaxt Nofəl Məhərrəmovun bütün qanunsuz əməlləri üzə çıxacaq. Ötən ilin oktyabr ayında Milli Təhlükəsizlik Nazirliyi ətrafında yaranmış olaylar, bu olaylardan sonra Prezident İlham Əliyevin dövlət orqanlarında baş verən özbaşınalıqlarla bağlı tutduğu iradlar kimlərə aid idi? Əminik ki, daxli işlər naziri, cənab Ramil Usubov vətəndaşların haqlı narazılıqlarını dinləyib, lazımi ölçülər götürəcək, polis mundirinə ləkə yaxan, polis şərəfinə, polis adına ləyaqətlə qulluq etməyən polis məmurlarının özbaşına, qanunsuz əməllərə yol verməsinin qarşısını alacaqdır. Biz isə mövzu ətrafında araşdırmalarımızı davam etdiririk, növbəti yazılarımızda Nofəl Məhərrəmovun bu özbaşınalıqları törətməkdə kimlərə arxayın və yaxud əlbir olduğuna dair ilginc məlumatları ictimaiyyətin diqqətinı çatdıracağıq”, – sayt yazır.

Qeyd edək ki, Aliq Məmmədov oğlunun üzləşdiyi qanunsuzluqlarla bağlı dövlət başçısı İlham Əliyevə, baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova teleqram göndərərək, vəkili ilə birlikdə onları qəbul etməsini istəyib. Lakin hələ də vətəndaşın müraciətinə cavab verilməyib.

Yazıda adıçəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq. 

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə