Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

​”SOCAR Turkey” bayburtlular haqqında çəkiləcək filmlə bağlı rəsmi məlumat yayıb
​”SOCAR Turkey” bayburtlular haqqında çəkiləcək filmlə bağlı rəsmi məlumat yayıb
27 Mart 2016 / 16:59 / Baxış sayı: 706
Font1 Font2 Font3 Font4

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə qurumu olan “SOCAR Turkey” sözügedən ölkədə bayburtlular haqqında çəkiləcək filmlə bağlı rəsmi məlumat yayıb. 

“Report”un verdiyi xəbərə görə, açıqlamada 6 Mart 2016-cı il tarixində “SOCAR-ın dəstəyi ilə film çəkilir – Rus işğalı haqda” başlıqlı xəbərlərdə, Rusiya işğalı nəticəsində vətən torpaqlarından köçmək məcburiyyətində qalan bayburtluların həyat hekayəsinin ekranlaşdırılacağı və filmin SOCAR-ın dəstəyi ilə çəkiləcəyi məlumatının yer aldığı bildirilir.

“Xəbərlərdə filmin dəstəkçiləri arasında SOCAR-ın da olması haqqında məlumatın həqiqəti əks etdirmədiyini diqqətinizə çatdırırıq. Sözü gedən filmin dəstəkçiləri arasında, Türkiyə Respublikası Mədəniyyət Nazirliyi və Bayburt Mədəniyyət Dərnəyi yer alır.

“SOCAR Turkey”in baş icraçı direktoru Kənan Yavuz isə şəxsi olaraq layihəyə dəstək verir. Filmin mövzusunu təşkil edən hekayə Bayburtun erməni işğalı əsasında şəxsən Kənan Yavuzun ailəsinin yaşadığı ağrıları əks etdirir”, – deyə açıqlamada qeyd olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə