Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Keçmiş icra başçısının evi muzey olacaq? – Açıqlama
Keçmiş icra başçısının evi muzey olacaq? – Açıqlama
27 Mart 2016 / 17:15 / Baxış sayı: 1046
Font1 Font2 Font3 Font4

“Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tahir Kərimovun rayondakı evinin İcra Hakimiyyətinin balansında muzey kimi fəaliyyət göstərəcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

arxiv.bizimxeber.az xəbər verir ki, bu sözləri ans press-ə Salyan Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Cəbrayılov deyib. Onun sözlərinə görə, Tahir Kərimovun doğrudan da, Salyanda evi var. Ancaq bu ev şəxsidir, onun özünə məxsusdur: “Fərdi yaşayış evinin icra hakimiyyətinin balansında muzey kimi istifadəsi mümkün deyil. Düzdür, Tahir müəllim icra başçısı işləyəndə buradakı evdə yaşayırdı. Ancaq hazırda ev boşdur. Sabiq icra hazırda həmin evdə yaşamır”.

Rəşad Cəbrayılov onu da əlavə etdi ki, gələcəkdə həmin evin muzey kimi icranın balansına verilməsi müzakirə mövzusu deyil.

Bu gün bir sıra yerli KİV-də Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovun işlədiyi dövrdə orada inşa etdirdiyi dəbdəbəli villasının bundan sonra İcra Hakimiyyətinin balansında muzey kimi fəaliyyət göstərəcəyi ilə bağlı xəbər yayılıb. Məlumata görə, villa Salyan şəhərinin mərkəzində yerləşir.

Tahir Abuzər oğlu Kərimov prezident İlham Əliyevin martın 4-də imzaladığı sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Daha bir sərəncamla Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov T. Kərimovun yerinə Salyan Rayon İcra Hakimiyyətinə rəhbər təyin edilib.

Salyan rayonunun vəzifəsindən azad edilən icra başçısı Tahir Kərimov bir müddət əvvəl yerli KİV və sosial şəbəkələrdə qızılgüllər altından keçməsini əks etdirən foto ilə gündəmə gəlmişdi.  İcra başçısının şagirdlərin tutduğu qızılgüllərin altından keçməsi sosial şəbəkələrdə uzun müddət müzakirə mövzusu olub. Onu hətta Şimali Koreya lideri Kim Çen Ina bənzədənlər də tapılıb.

arxiv.bizimxeber.az



Keçmiş icra başçısının evi muzey olacaq? – Açıqlama yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə