Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəncə Dövlət Universitetində PUL YIĞIMI başladı
Gəncə Dövlət Universitetində PUL YIĞIMI başladı
28 Mart 2016 / 10:56 / Baxış sayı: 480
Font1 Font2 Font3 Font4

İmtahan mövsümünün yaxınlaşması ilə tələbələrin “çətin sınaq” dövrü də yaxınlaşır. Bu sınaqdan üzüağ çıxmaq üçün tələbələrə təkcə yaxşı təhsil yox, həm də dolu cib lazımdır. Hər halda Gəncə Dövlət Universitetində belədir.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, artıq sözügedən ali təhsil müəssisəsində imtahan oyununa start verilib. Artıq əyani şöbədə təhsil alan tələbələrə bayramdan sonra imtahan mövsümünə hazırlaşması üçün ciddi xəbərdarlıq edilib. Artıq imtahanları “vermək” üçün hər şöbə ilə bağlı ayrıca “qərar” verilib. Devalvasiya isə təkcə bazarlardan yox, bazara çevrilən ali təhsil müəssisələrindən də yan keçməyib.

Əgər devalvasitadan əvvəl əyani şöbənin tələbələri imtahanların hər biri üçün 100 manat ödəməli olurdularsa, indi qiymət artıb. Devalvasiyadan sonra universitetdəki semestr imtahanlarından çıxmaq üçün hər tələbəyə azı 500 manat lazımdır. Əks təqdirdə növbəti mərhələlərdə bu məşləğ üzərinə gələcək “faiz”lə 600-650 manata yüksələ bilər.

Məlumatlara görə, universitetdə tələbələrdən “pul yığımı”na start verlməsi tapşırığı birbaşa rektor tərəfindən verilir. Rektor Yüsif Yusibovun tapşırığı təkcə oxumağa meylli olmayan tələbələri əhatə etmir. “Qaydalar” isitsnasız hər kəsə aiddir- bütün tələbələr imtahanlardan keçmək üçün “yeganə vasitədən” yararlanmalıdırlar. Əks təqdirdə universitet tələbəsi statuslarını riskə atmış olacaqlar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə