Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dövlət Fitosanitar Nəzarəti Xidməti və BAZARLARDA “möhür” oyunu…
Dövlət Fitosanitar Nəzarəti Xidməti və BAZARLARDA “möhür” oyunu…
28 Mart 2016 / 12:28 / Baxış sayı: 414
Font1 Font2 Font3 Font4

Ərzaq təhlükəsizliyi bütün dünyada qlobal problemə çevrilməsinə və beynəlxaql təşkilatların ardıcıl fəaliyyətinə baxmayaraq ölkəmiz hələ də bu sahədə ciddi uğur əldə edə bilməyib. Səbəb aidiyyatı qurumların öz vəzifələrinin öhdəsindən gəlməyə çalışmamaqla yanaşı, ancaq bir qrup şəxsin mənafeyi uğrunda fəaliyyət göstərməsidir. Belə qurumlar siyahəsında Dövlət Fitosanitar Nəzarəti Xidməti xüsusi yer tutur.

Qurumun rəhbəri Camal Quliyev fəaliyyəti qənaətbəxş hesab edilməyən və “Kənd təsərrüfatı ili”ndə özünü doğrultmayan kənd təsərrufatı naziri Heydər Əsədovun adamı kimi tanınır. Xidmət öz fəaliyyətində də məhz bu prinsipi əsas tutaraq qurumun yerinə yetirilməsi vacib olan vəzifələrini yox, mənafeyi düşünür.

Bazarlarda baytar həkimlərin satışa çıxarılan məhsulların keyfiyyətinə yox, ancaq sahibinin cibinə baxaraq “möhür” vurması illərin təcrübəsidir. Bu barədə dəfələrlə yazılsa da, indiyə qədər bu sahədə ciddi irəliləyiş yoxdur. Nəticədə yoxlanaraq satışa çıxarılmalı olan məhsullar ancaq sahibinin verdiyi pula uyğun bazara yol tapır.

Təbii ki, özü ilə müxtəlif təhlükələri də aparır. Bunu ona görə xatırlatdıq ki, Fitosanitar Xidmətin əməkdaşları bu baxımdan baytar həkimlərdən heç də geri qalmırlar. Bazarda meyvə-tərəvəz satıcıları Xidmət əməkdaşlarının qanunsuz fəaliyyətindən artıq cana doyub.

kartof guve

Adı olub, özü olmayan yoxlamalar satıcılar üçün ancaq pul tələsidir. Əvəzində müxtəlif zamanlarda əhali arasında banan və ya kartof ajiotajı yaradaraq, daha sonra süni yaradılan bu ajiotajdan öz məqsədləri üçün istifadəyə çalışan Camal Quliyevin məqsədi heç də əhalinin ərzaq təhülkəsizliyini təmin etmək deyilmiş.

kohne bazar (22)

Bizimxeber.az-a daxil olan məlumata görə, məqsəd Xidmət rəhbəri və daha yuxarı eşolonda olanlar manopoliyada öz yerini tutmağa çalışırmış və bunun üçün əlindəki imkanlardan gen-bol yararlanıblar. Ekranlarda kartof və banan şousundan sonra Camal Quliyev məqsədinə daha bir addım yaxınlaşdı. Amma bu, təkcə onun manopoliya bazarına ayaq açması deyil, həm də nazir Heydər Əsədovun onun vasitəsilə manopoliya dairəsini genişləndirməsi cəhdinə daha çox oxşayır.Banan xeste

Əgər belə olmasaydı, “xarab məhsul”un qarşısında sədəd kimi dayanan Fitosanitar Xidmət bazarlardakı kifayət qədər keyfiyyətsiz məhsulları da satışdan çıxarmağa maraqlı olardı. Yoxsa daha ölkəyə keyfiyyətsiz məhsul gətirilmir? Və ya kartofu bir dəfə yoxlamaqla problem aparadan qaldırıldımı?

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə