Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İntiqam Əliyevin məhkəməsi qapalı keçirilir
İntiqam Əliyevin məhkəməsi qapalı keçirilir
28 Mart 2016 / 12:35 / Baxış sayı: 396
Font1 Font2 Font3 Font4

Bu gün Ali Məhkəmədə Baş Prokurorluğun “Hüquq Maarifçiliyi Cəmiyyəti”in sədri İntiqam Əliyevin qərarından cəzanın ağır olmasına dair əlavə kassasiya protestinə baxılır. Məhkəmə qapalı keçirilir, vəkillərdən başqa içəri heç kim buraxılmayıb. İntiqam Əliyev iclasa gətirilməyib.

Baş Prokurorluğun kassasiya şikayətini baş prokuror Zakir Qaralovun müavini Namiq Əsgərov müdafiə edir. Hazırda iclas davam edir.

Qeyd edək ki, İntiqam Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsidə hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qərardan narazı qalan İ.Əliyev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə hökmü dəyişməyib. İntiqam Əliyev Ali Məhkəməyə kassasiya şikayəti versə də, onun şikayəti təmin olunmayıb. Bir neçə gün bundan öncə İ. Əliyev barəsində Baş Prokurorluq cəzanın ağır olmasına dair əlavə kassasiya protesti verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə