Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəhid leytenantın apreldə toyu olmalı imiş
Şəhid leytenantın apreldə toyu olmalı imiş
28 Mart 2016 / 12:39 / Baxış sayı: 684
Font1 Font2 Font3 Font4

Erməni təxribatı zamanı şəhid olan zabit toyuna görə bir neçə günə evlərinə qayıtmalı idi. Erməni təxribatının qarşısını alan zaman şəhid olan hərbçi dəfn edildi.

Azərbaycan-Ermənistan  dövlət sərhədində düşmənlə baş verən döyüş toqquşmasında həlak olan Silahlı Qüvvələrimizin zabiti Qalib Zülfüqarlının cənazəsi bu gün Lənkəranda ailəsinə təhvil verilib. Şəhid zabit doğulduğu Vilvan kəndində torpağa tapşırılıb.

Hərbi akademiyanın məzunu olan 24 yaşlı Qalib Zülfüqarlı Qazax  rayonunda xidməti vəzifəsini  yerinə yetirərkən düşmən tərəfdən mövqelərimizə açılan atəş nəticəsində həyatını itirib. Şəhid zabitin dəfn mərasimində  doğmaları ilə yanaşı rayon  rəsmiləri, kənd ictimaiyyəti, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti iştirak edib. Vətən uğrunda canından keçən şəhid  zabit yaylım atəşi  ilə torpağa tapşırılıb.

Şəhid zabit dəfn edildikdən sonra Azərbaycan bayrağı əmanət kimi  atasına təqdim edilib. Yaxınlarının verdiyi məlumata görə, Zülfüqarlılar ailəsinin ilk övladı olan Qalib yaxın günlərdə evə dönməli, aprel ayında toyu olmalı  imiş. Qalibin atası Laim kişi ehtiyatda olan  hərbi qulluqçudur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə