Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Miri Yusif narkotiklə tutulub? – Açıqlama
Miri Yusif narkotiklə tutulub? – Açıqlama
28 Mart 2016 / 13:48 / Baxış sayı: 1208
Font1 Font2 Font3 Font4

Tanınmış reper Miri Yusif (Mirbabayev Mir Yusif Mir Heydər oğlu ) bu günlərdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə məlumat hüquq-mühafizə orqanlarından daxil olub.

Mənbəmiz bildirib ki, Miri Yusif və onunla birlikdə olan Etibar adlı şəxs (“Pulya Etibar” kimi tanınır) əməliyyatçılar tərəfindən saxlanılıb. Onların üzərindən narkotik maddə kokain aşkarlanıb. Miri Yusif və dostu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıblar. Bir neçə saatlıq araşdırmalardan sonra Miri Yusif azad edilsə də, Etibar adlı şəxs barəsində həbs-qətimkan tədbiri seçilib, faktla bağlı araşdırmalara başlanılıb.

Məsələyə aydınlıq gətirmək üçün müğənninin mətbuat katibi Emin Əfəndi bildirib ki, müğənninin saxlanılması xəbəri həqiqəti əks etdirmir: “Bu yanlış məlumatdır, cəfəngiyyatdır. Miri Yusif saxlanılmayıb”.

DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə açıqlamasında deyib ki, hadisədən xəbərsizdir: “Bu haqda məlumatım yoxdur. Araşdırıb ətraflı məlumat verərəm”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə