Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

XİN-dən cəbhədəki gərginliyə REAKSİYA
XİN-dən cəbhədəki gərginliyə REAKSİYA
28 Mart 2016 / 15:17 / Baxış sayı: 414
Font1 Font2 Font3 Font4

Xarici İşlər Nazirliyi son günlərdə cəbhə xəttində müşahidə edilən gərginliklə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Lent.az-a bildirib ki, Novruz və Pasxa bayramlarında atəşkəsə əməl edilməsinə dair ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik martın 18-də, ATƏT sədrinin xüsusi nümayəndəsi və Minsk Qrupunun həmsədrləri isə martın 21-də birgə bəyanatla çıxış ediblər”.

Məlumatda qeyd edilib ki, Novruz və Pasxa bayramlarının ruhuna uyğun olaraq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin çağırışına Azərbaycan Müdafiə Nazirliyi tərəfindən dərhal müsbət reaksiya göstərilib: “Lakin Ermənistan Müdafiə Nazirliyi tərəfindən bu çağırışın ruhuna zidd olaraq təxribatçı əks münasibət ifadə edildi, Ermənistan Xarici İşlər Nazirliyi rəsmiləri tərəfindən isə danışıqlar prosesinin mahiyyətini yenə də təhrif edən hərbi avantüra xarakterli ziddiyyətli açıqlamalar verilib. Eləcə də Ermənistan tərəfindən qəsdən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin gərginləşdirilməsi və ağır atəş vasitələrindən istifadə edərək, atəşkəsin intensiv şəkildə pozulmasına xidmət edən əməllərin  törədilməsi davam etdirilib”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına əsasən, Ermənistan tərəfinin bu qəbildən olan sonuncu təxribatçı əməli 27 mart tarixində baş verib və hücumun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin bir zabiti və bir əsgəri şəhid olub. H.Hacıyev bildirib ki, bütün bunlar bir daha sübut edir ki, Ermənistanın əsl məqsədi vəziyyətin qəsdən gərginləşdirilməsi ilə münaqişənin danışıqlar yolu ilə həllinə və qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonun dəyişdirilməsinə imkan verməmək, Azərbaycan ərazilərinin işğalını davam etdirməkdir: “Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq, gərginliyin yaranması və atəşkəsin pozulmasının əsas səbəbidir. Münaqişənin həllində irəliləyişə nail olmaq və davamlı atəşkəsi təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsasən ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Əks təqdirdə, yaranmış vəziyyətə görə bütün məsuliyyət işğalçı dövlət kimi Ermənistanın üzərinə düşür”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə