Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsraildən vətəndaşlarına yeni terror xəbərdarlığı: “Türkiyəni tərk edin”
İsraildən vətəndaşlarına yeni terror xəbərdarlığı: “Türkiyəni tərk edin”
28 Mart 2016 / 15:43 / Baxış sayı: 426
Font1 Font2 Font3 Font4

İsrail vətəndaşlarına Türkiyəni tərk etmək barədə xəbərdarlıq edib.  AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İsrail Baş Nazirliyinin terrorla mübarizə idarəsi məlumat yayıb. 2-ci dərəcəli xəbərdarlıqda İŞİD və digər terrorçu qruplaşmaların Türkiyədəki turistik bölgələrə hücum edə biləcəyinə dair “yüksək real təhdid” olduğu deyilir.

Açıqlamada İsrail vətəndaşlarının Türkiyəyə getməkdən çəkinmələri və hazırda oradadırlarsa, “mümkün olan ən qısa müddətdə” ölkədən çıxmaları istənilib.

Qeyd edək ki, əgər xəbərdarlıq 1-ci dərəcəli olsaydı, İsrail vətəndaşlarının ölkəni “dərhal” tərk etmələri istənilərdi.

Xatırladaq ki, martın 19-da İstanbulun İstiqlal prospektində həyata keçirilən terror aktı nəticəsində 3 İsrail vətəndaşı vəfat edib. Bu zaman İsrail Baş Nazirliyinin terrorla mübarizə idarəsi 3-cü dərəcəli xəbərdarlıq yaymışdı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə