Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dövlət qurumlarının saytlarında yerləşdirilən – “Yalançı” nömrələr
Dövlət qurumlarının saytlarında yerləşdirilən – “Yalançı” nömrələr
28 Mart 2016 / 18:01 / Baxış sayı: 608
Font1 Font2 Font3 Font4

Ölkədəki bəzi dövlət qurumlarının saytlarında göstərilən mobil telefon nömrələri çox zaman işə yaramır.

Bayram günləri əlaqə saxlamağa çalışdığımız xüsusən hüquq-mühafizə orqanlarının məsul şəxsləri ya çoxdan təqaüdə çıxdıqlarını, ya da başqa şöbəyə təyin olunduqlarını bildirdilər. Amma maraqlıdır ki, həmin şəxslərin adları hələ saytdan çıxarılmayıb. Buna əsasən dövlət qurumların saytlarında yerləşdirilən xüsusən rayon şöbələrinin nömrələrinin qeyd olunduğu siyahıda rast gəlmək mümkündür.

“Ölkədəki bəzi dövlət qurumlarının saytlarının nəzdində fəaliyyət göstərən telefon nömrələri vaxtında yenilənmir”

Belə ki, rayonların birində baş verən hadisə barədə ətraflı məlumat öyrənmək üçün polis şöbələrindən birinin sahə rəisi ilə əlaqə saxlasaq da, onun 3 il bundan əvvəl təqaüdə çıxdığını öyrəndik. Həmin şəxsin yerinə isə təyin olunan digər şəxs haqqında isə saytda heç bir məlumat verilməyib. Bundan əvvəl də bu kimi problemlərlə rastlaşdığımız üçün aydın oldu ki, bəzi dövlət qurumlarının saytlarında yerləşdirilən nömrə siyahıları ya yenilənmir, ya da gec yenilənir.

Yuxarıdakı siyahı göstərilən nömrələrdən bir neçəsi ilə əlaqə saxladıq. Təəssüflər olsun ki, onlardan bir neçəsi artıq 3 ildir təqaüddə olduğunu, bir neçəsi isə digər rayonlara təyin olunduqlarını dedilər. Bəzi nömrələr isə ümumiyyətlə işləmir.

Araşdırmalar zamanı o da məlum oldu ki, bəzi nazirliklərin saytında isə bir çox idarələrin heç məsul şəxslərinin nömrələri yerləşdirilməyib. Həmin saytlarda yalnız bir əlaqə vasitəsi qeyd olunub ki, ona da çox vaxt operator cavab verir.

“İnformasiya və ya ictimai əlaqələrlə bağlı şöbələr var ki, onlar birbaşa məsul şəxslər haqqında informasiyanı müntəzəm yeniləməlidirlər.”

Bəs, bu saytların fəaliyyətinə necə nəzarət olunur. Təkcə mətbuat işçilərinin deyil, siravi vətəndaşların da lazım olduqda əlaqə saxlamaq istədikləri məsul şəxslərinin nömrələri olan siyahılar niyə bu qədər gec yenilənir?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, bu kimi məsələlər “İnformasiyanın əldə olunması haqqında qanun”da öz əksini tapır. “Qanunda hansı informasiyaların dövlət qurumlarının saytında yerləşdirilə bilməsi haqqında məlumat verilir. Bundan başqa, orada qeyd olunur ki, hansı işçilər haqqında saytda məlumat (ad, soyad, onun ünvanı, əlaqə nömrəsi) yerləşdirilməlidir. Qanunda o da göstərilir ki, dövlət qurumlarının saytında məsul şəxslər haqqında informasiyalar müntəzəm olaraq yenilənməlidir. Rəsmi orqanların saytların yerləşdirilən informasiyalar etibarlı, dayanıqlı, güvənli, dəqiq olmalıdır”, – deyə Osman Gündüz qeyd etdi.

O, eyni zamanda əlavə etdi ki, qanunvericiliyin bununla bağlı tələblərinin əməl olunmasına da bir başa məsuliyyət həmin qurumun rəhbərinin üzərinə düşür. Bəzi dövlət müəssisələrində bu kimi informasiyalarla işləmək üçün xüsusi qurumlar yaradılıb. Məsələn, informasiya və ya ictimai əlaqələrlə bağlı şöbələr var ki, onlar birbaşa məsul şəxslər haqqında informasiyanı müntəzəm yeniləməlidirlər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, prokurorluğun saytında yerləşdirilən nömrələr mütəmadi olaraq dəyişdirilir: “Bizim saytımızda hər bir tabe rayon, şəhər prokurorluqlari üzrə KİV-lə əlaqələrə görə məsul şəxslərin tutduqları vəzifələr və onların əlaqə vasitələri (şəhər və mobil telefonları) yerləşdirilib. Onlar başqa vəzifəyə keçirilərkən və ya təqaüdə çıxarkən saytda müvafiq dəyişikliklər aparılır və bu proses müntəzəm olaraq nəzarətdə saxlanılmaqla mütəmadi olaraq yenilənir”, – deyə qurum rəsmisi bildirdi.

Eldar Sultanov – Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin sözlərinə görə saytda yer alan DİN əməkdaşlarının nömrələri hər rübün sonunda yenilənir. “Nazirliyin əməkdaşları əgər bir şöbədən digərinə keçirilirsə, təqaüdə gedirsə, o zaman onlar haqqında informasiyalar toplanır və hər rübün sonunda nömrələr olan siyahı yenilənir. Gələcəkdə isə bu prosesin avtomatik olması planlaşdırılır”. – deyə Orxan Mansurzadə vurğuladı.


Orxan Mansurzadə – Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi

Bu gün rəsmi orqanlarla əlaqə saxlamaq üçün, nəinki, KİV-lərin, eləcə də, vətəndaşların müraciət etdikləri müvafiq əlaqə vasitələri daim nəzarətdə saxlanılmalı, mütəmadi olaraq, siyahı yenilənməlidir.

Bu proses gec həyata keçirildikdə lazımi şəxslə əlaqə saxlamaq və eləcə də hər hansı hadisə haqqında məlumat almaq mümkün olmur.

Odur ki, dövlət qurumları öz fəaliyyətlərinə ciddi yanaşdıqları kimi, öz rəsmi saytlarındakı məlumatlara da ciddi nəzarət etməlidirlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə