Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yağış yağdı, paytaxt su altında qaldı
Yağış yağdı, paytaxt su altında qaldı
29 Mart 2016 / 11:01 / Baxış sayı: 346
Font1 Font2 Font3 Font4

Bu gün səhər saatlarından Bakıya güclü yağış yağmağa başlayıb. Güclü yağış şəhərin bir sıra mərkəzi və həmçinin kənar küçələrində nəqliyyatın, piyadaların hərəkətində problem yaradıb.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi ilə bağlı ötən gün xəbərdarlıq yayıb.

Azərbaycanın rayonlarında da martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə