Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Naməlum şəxslər sərnişin təyyarəsini ələ keçirdi
Naməlum şəxslər sərnişin təyyarəsini ələ keçirdi
29 Mart 2016 / 11:24 / Baxış sayı: 824
Font1 Font2 Font3 Font4

Larnaka Aeroportu Kipr polisi tərəfindən boşaldılıb və əhatəyə alınıb. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, “AirEgypt” aviaşirkətinin qaçırılan A320 təyyarəsinin göyərtəsində azı bir silahlı şəxs var.

“Associated Press” isə təyyarədə bomba ola biləcəyi ehtimalını irəli sürüb. “El Balyad” xəbər portalının məlumatına görə, “EgyptAir” aviaşirkətinin təyyarəsini ələ keçirən silahlı şəxs tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə üzərindəki partlayıcı kəməri işə salacağını deməklə komandir və sərnişinlərə hədə-qorxu gəlib. AFP-in dəqiqləşdirməsinə görə, təyyarənin göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü var. Məlumata görə, təyyarəni qaçıranlar Misir əsilli qadın və uşaqlara hava gəmisini tərk etməyə icazə verməyə hazırlaşırlar.

***
10:40
“EgyptAir” aviaşirkətinin təyyarəsi naməlum şəxslər tərəfindən qaçırılıb. Bu barədə TACC “Bloomberg”ə istinadən xəbər verib. Reuters-in verdiyi ən son məlumata görə isə qaçırılan A-320 sərnişin təyyarəsi Kiprin Larnaka aeroportunda eniş edib. Təyyarə İskəndəriyyə-Kipr marşrutu üzrə hərəkət edirmiş. Təyyarənin göyərtəsində 81 nəfərin olduğu bildirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə