Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılmır
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılmır
29 Mart 2016 / 11:26 / Baxış sayı: 814
Font1 Font2 Font3 Font4

Amerikalı həmsədr özünün tərəflərlə görüşəcəyini deyib. ATƏT-in Minsk qrupunun həmsədrləri Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü planlaşdırmır. Bu barədə “Report”a ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib.

“Hazırda prezidentlərin Vaşinqtonda görüşü barədə heç bir plan yoxdur. Bununla belə, bu il prezidentlər arasında aktiv dialoqun aparılmasına vasitəçi olmağa hazırıq. Digər həmsədrlərin adından Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişini müzakirə etmək üçün tərəflərlə görüşlər keçirməyi planlaşdırıram”.

Əliyev və Sarkisyan Vaşinqtonda bir araya gələcək?

Daha əvvəl Ermənistan KİV-i diplomatik mənbələrə istinadla vasitəçilərin Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışdıqlarını bildirmişdi. ANS PRESS-in məlumatına görə, “Aykakan Jamanak” qəzeti yazırdı ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə ABŞ sammit çərçivəsində prezidentlərin görüşü üçün səylərini əsirgəmir.

İlham Əliyev və Serj Sarkisyan arasında görüşErmənistanın Respublika Partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bir neçə gün öncə görüşün planlaşdırılmadığını demişdi. “Prezident Serj Sarkisyan Vaşinqtona səfər edəcək.

Amma Azərbaycan prezidenti ilə görüş barədə qərar yoxdur. Mətbuat prezident administrasiyası tərəfindən məlumatlandırılacaq, lakin hər hansı görüş barədə məlumatlı deyilik. Belə qərar yoxdur və hətta belə müzakirə də olmayıb”.

Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti 31 mart-1 aprel tarixlərində olacaq. Ermənistan prezidenti Serj Sarkisyan da sammitdə iştirak etmək üçün dəvət alıb.

İlham Əliyev və Serj Sarkisyan arasında görüş

Prezidentlərin son görüşü ötən il dekabrın 19-da İsveçrənin Bern şəhərində baş tutub. Görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu. ATƏT-in Minsk qrupunun həmsədrlərinin yekuna dair yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlarının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərinini davam etdirəcəklərini də bildiriblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə