Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xəzər Aslanov daha imkanlı rayona təyinat almaq istəyir…
Xəzər Aslanov daha imkanlı rayona təyinat almaq istəyir…
29 Mart 2016 / 11:56 / Baxış sayı: 2882
Font1 Font2 Font3 Font4

Novruz bayramından sonra özünü doğrulda bilməyən icra başçıları və məmurların işdən çıxarılmasının yeni dalğası gözlənilir. Bu dəfə siyahıya daha çox icra başçısının adının daxil edildiyi və onların prezidentin etimadını doğrultmadıqları səbəbi ilə işdən çıxarılacaqları bir daha yüksək vəzifəyə təyinat ehtimalını da sıfıra endirir.

Lakin adı bu siyahıda hələlik olmayan bəzi icra başçıları yaranmış fürsətdən istifadə edərək daha yaxşı rayona təyinat almaq üçün hərəkətə keçib. Belə fəallıq göstərənlərdən biri də Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovdur. Bir müddət əvvəl də Xızının icra başçısı Xəzər Aslanovun başqa bir rayona təyin ediləcəyi ilə bağl mətbuatda məlumatlar səslənmişdi. Həmin məlumatlara əsasən, Xəzər Aslanov Xızı rayonundan getmək üçün yollar axtarır. Buna səbəb isə balaca və kasıb rayondan daha imkanlı və böyük rayona dəyişdirilmək istəyi idi.

Xəzər Aslanov öz imkanlarının Xızı kimi kiçik rayonla ayaqlaşmadığını bildirərək xüsusilə Bakı rayonlarından birinə təyinat almaq üçün canfəşanlıq göstərib. Bəzi xəbərlərə görə, artıq icra başçısının özü üçün “seçdiyi” rayon da olub- Bakının Nizami rayonu. Ancaq görünür onun bu istəyinin iş imkanları ilə uyunlaşmadığını görərək geri çəkilib.

Nizami rayonuna yeni icra başçısı təyin edildikdən sonra isə Xəzər Aslanov bu dəfə diqqətini başqa istiqamətə yönəldib. arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, yaranmış vəziyyətdən, yəni bəzi icra başçılarının vəzifəsini itirəcəyindən yararlanmaq istəyən Xəzər Aslanov rayonunu dəyişmək üşün yenidən hərəkətə keçib. Bu dəfə icra başçısının siyahısında iki yer var.

İlk sırada Bakını Binəqədi rayonu dayanır. Bu rayonun icra başçısı Xaləddin İsgəndərovun da vəzifəsi ilə vidalaşacaq başçılar arasında olacağı xəbəri Xəzər Aslanovu yenidən paytaxta gəlmək üçün ümidləndirib. Lakin bu istiqamətdə fəaliyyətinin nəticə verməyəcəyi təqdirdə ikinci variant kimi Aran rayonlarından biri üzərində seçim imkanını da gözdən keçirir. Eyni zamanda Xızı rayonunda təsir imkanlarını da əldən vermək istəməyən Xəzər Aslanov həmin rayona da yaxın ətrafından birinin təyin edilməsinə çalışır.

Beləliklə, həm özünə yeni vəzifə, həm də yaxın ətrafının vasitəsilə başqa bir rayonda təsir imkanlarını gücləndirmək istəyən Xəzər Aslanovun artıq bu məqsədlə fəaliyyətə keçdiyi və bəzi şəxslərlə görüşlərə başladığı da daxil olan informasiyalar arasındadır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə