Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərsu” Ziya Bünyadov prospektində yaranmış vəziyyətə aydınlıq gətirdi
“Azərsu” Ziya Bünyadov prospektində yaranmış vəziyyətə aydınlıq gətirdi
29 Mart 2016 / 12:32 / Baxış sayı: 386
Font1 Font2 Font3 Font4

Dünəndən yağan intensiv yağış paytaxtın Ziya Bünyadov prospektində hərəkətə ciddi problemlər yaradıb. Ərazidə yığılan yağış suları avtomobillərin hərəkətinə mane olub. 

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə açıqlamasında bildirib ki, hazırda ərazidəki suları təmizləmək üçün prospektə xüsusi qurğulu avtomobillər cəlb edilib: “Avtomobilləinr kollektorların yağış sularını normal qəbul edə bilməsi üçün mərkəzi kollektorlar, xətlər yuyulur. İntensiv yağan yağışlarda kollektorlar yağış sularını ötürüb çatdıra bilmir və nəticədə bu cür problemlər yaranır”.

A.Cəbrayıllı bildirib ki, “Azərsu” ASC-də mütəxəssislərin iştirakı ilə hazırda bu problemlə bağlı xüsusi layihə hazırlamaq planlaşdırılır. Həmin layihənin icrasından sonra problemin birdəfəlik həllinə nail olunacaq.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə