Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elnur Məmmədliyə DTX-də vəzifə verildi?
Elnur Məmmədliyə DTX-də vəzifə verildi?
29 Mart 2016 / 13:01 / Baxış sayı: 932
Font1 Font2 Font3 Font4

Azərbaycanlı cüdoçu DYP-dəki vəzifəsindən ayrılıb. 2008 Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədli Dövlət Yol Polisi İdarəsindəki işindən ayrılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bu barədə ANS PRESS-ə deyib. Onun sözlərinə görə, olimpiya çempionu E.Məmmədli artıq yeni işlə təmin edilib. “DYP-dən ayrılması dəqiqdir. Yeni vəzifəyə təyin edilib”. 

İddiaya görə, cüdoçu Dövlət Təhlükəsizlik Xidmətində (DTX) mühüm vəzifəyə təyin olunub. V.Əsədov da bunu istisna etməyib. “Ola bilsin ki, DTX-ya gedib”. DTX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən isə ANS PRESS-ə verilən məlumata görə, hələlik onlara bu barədə informasiya daxil olmayıb.
Elnur Məmmədli 1988-ci ildə Bakıda  anadan olub. E.Məmmədli Polis Akademiyasını bitirib. Yol polisi sıralarında işləyərkən rütbəsi polis kapitanı olub.  E.Məmmədli 2 qat Avropa Çempionudur.  2008 Yay Olimpiya Oyunlarından sonra Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubov Elnur Məmmədliyə Polis Baş Leytenantı rütbəsi verib.
Prezident İlham Əliyev ötən ilin dekabr ayında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb. Bu, Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə imzalanıb. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradıldı.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə