Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Misir təyyarəsinin qaçırılması terror aktı deyil” -Kipr prezidenti – YENİLƏNİB
“Misir təyyarəsinin qaçırılması terror aktı deyil” -Kipr prezidenti – YENİLƏNİB
29 Mart 2016 / 13:21 / Baxış sayı: 352
Font1 Font2 Font3 Font4

Qaçırılan Misir təyyarəsinin ekipaj üzvlərindən bir nəfər artıq təyyarəni tərk edib. Təyyarəni qaçıran şəxsin ABŞ vətəndaşı olduğu açıqlanıb. İ. Samaha İsgəndəriyyə universitetinin veterinariya fakültəsinin professorudur. Onun veterinar-həkim diplomu var.

O da məlum olub ki, İ. Samahanın 4 uşağı var. Dəqiqləşdirilməmiş məlumatlara görə, onlar İ. Samahanın keçmiş həyat yoldaşı Marina Parasxu ilə Kiprdə yaşayırlar.

Hadisə ilə bağlı bəyanat verən Kipr prezidenti Nikos Anastasiadis bütün bunların qadına görə baş verdiyini bildirib. O qeyd edib ki, təyyarənin qaçırılması terror aktı deyil. Misir Xarici İşlər Nazirliyinin bəyanatında isə bunlar deyilir: “O (İbrahim Samaha-red.) terrorçu deyil, axmaqdır. Bu adamdan fərqli olaraq terrorçular dəli olsalar da, kütbeyin deyillər”.

12:31

Qaçırılan Misir təyyarəsinin bütün sərnişinləri azad olunub. APA-nın xəbərinə görə, təyyarənin ekipaj üzvlərinin taleyi ilə bağlı hələlik məlumat yoxdur. “Al-Arabiya” telekanalı öz mənbələrinə istinadən bildirir ki, təyyarədə partlayıcı qurğu olmayıb. Hazırda təyyarəni qaçıran şəxslə danışıqlar aparılır. Avialaynerin olduğu əraziyə hərbçilər gətirilib.

“Burc-əl-Ərəb” aeroportunun rəhbəri təyyarəni qaçıran şəxsin Atlanta universitetində müəllim işlədiyini istisna etmir.

11:40

Qaçırılan Misir təyyarəsinin ekipaj üzvləri və 4 sərnişindən başqa digər sərnişinləri azad olunub. Bu barədə “Egypt Air” şirkətinin “Tvitter” hesabında yerləşdirilən xəbərdə deyilir. Təyyarədə qalan sərnişinlərin hamısının əcnəbi olduğu bildirilir. Təyyarəni qaçıran İbrahim Samaha bunu sevdiyi qadınla görüşmək üçün etdiyini açıqlayıb.

***
11:33

Larnaka aeroportuna qaçırılan Misirin A320 təyyarəsindən artıq 50 nəfər buraxılıb. Təyyarəni qaçıran şəxs qadınları və uşaqları azad edib. Sərnişinlərin artıq təhlükəsiz yerdə olduğu bildirilir.

**11:20

Misirə məxsus A320 təyyarəsini qaçıraraq Kiprin Larnaka hava limanına enməsini tələb edən şəxs sərnişinlərin təyyarədən çıxmasına icazə verib. APA-nın məlumatına görə, artıq 20 qadın və bir uşaq təyyarəni tərk edib. Təyyarəni qaçıran şəxsin tələbinin nədən ibarət olduğu hələlik məlum deyil. Kipr hüquq-mühafizə orqanları onunla danışıqları davam etdirir.

Qeyd edək ki, naməlum şəxs İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarənin Cənubi Kiprin Larnaka hava limanına endirilməsini tələb edib. Təyyarəni qaçıran şəxs bildirib ki, tələbi yerinə yetirilməsə, “şəhid kəmərini” işə salacaq. Kiprin dövlət radiosu təyyarədə partlayıcı qurğunun olması barədə məlumat yayıb.

***10:56

Misirdə naməlum şəxs sərnişin təyyarəsini qaçırıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, təyyarə İsgəndəriyyədən Qahirəyə uçurmuş. İçərisində 55 sərnişin və 7 ekipaj üzvünün olduğu bildirilən təyyarə Cənubi Kiprin Larnaka hava limanına endirilib.

İlkin məlumata görə, təyyarəni qaçıran şəxs silahlıdır. Kipr hüquq-mühafizə orqanları artıq onunla danışıqlara başlayıb. Təyyarədə sərnişinlərin sağ-salamat olduğu, hələlik heç kimin zərər çəkmədiyi bildirilir. Təyyarəni qaçıran şəxs bildirib ki, tələbi yerinə yetirilməsə, “şəhid kəmərini” işə salacaq. Kiprin dövlət radiosu təyyarədə partlayıcı qurğunun olması barədə məlumat yayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə