Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yardımlı polisi 7 kq narkotik maddə aşkarladı
Yardımlı polisi 7 kq narkotik maddə aşkarladı
29 Mart 2016 / 13:25 / Baxış sayı: 476
Font1 Font2 Font3 Font4

Masallı sakini narkotiki özü üçün aldığını deyib

Masallı sakini 7 kiloqram narkotik vasitə ilə tutulub. Yardımlı rayon  polis şöbəsinin əməkdaşları Masallı-Yardımlı yolunun 39-cu kilometrliyində hərəkətdə olan minik avtomobilini saxlayıb saxlanc yerinə baxış keçirərkən oradan ümumi çəkisi 7 kiloqram olan müxtəlif növ narkotik maddə aşkarlayıb götürüblər.

Araşdırmalar nəticəsində  həmin narkotik vasitənin avtomobildə sərnişin qismində əyləşmiş Masallı şəhər sakini, 49 yaşlı, əvvəllər üst-üstə 20 ilədək məhkumluq həyatı yaşamış Fikrət Cabbarova məxsus olması müəyyənləşdirilib.

Fikrət Cabbarov istintaqa ilkin ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı Yardımlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə