Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Sabah” qəzeti: “Rusiya təyyarəsini “paralel dövlət” vurub”
“Sabah” qəzeti: “Rusiya təyyarəsini “paralel dövlət” vurub”
29 Mart 2016 / 13:37 / Baxış sayı: 736
Font1 Font2 Font3 Font4

Türkiyənin məşhur “Sabah” qəzetinin yazarı Rasim Ozan Kütahyalı bugünkü yazısında sensasion iddialarla çıxış edib. Yazar bu il Türkiyə Silahlı Qüvvələri daxilində təşkilatlanan “paralel dövlət” üzvlərinin təmizlənəcəyini bildirib.

O, yazısında rus təyyarəsinin vurulmasına dair də çox ciddi ittihamlar irəli sürərək silahlı qüvvələrin baş qərargah rəisi Hülusi Akarın da təmizlənməyə müqavimət göstərəcəyi halda istefasını verməsi lazım olduğunu yazıb. Yazar bugünkü “Türkiyə və Ərdoğanı hədəf alan əməliyyatlar” başlıqlı yazısında “Heç sözü əzib büzməyə ehtiyac yoxdur. ABŞ-ın başlatdığı əməliyyat çox aydındır. Hədəf Türkiyə və Tayyib Ərdoğan”, – deyə bildirib.

Ərdoğansız AKP və Ərdoğansız Türkiyə planlarının 3 ildir çox aktiv əməliyyatlarla davam etdiyini vurğulayan Kütahyalı baş qərargah rəisini də belə xəbərdar edib:

“Türkiyə coğrafiyası tarixində olmadığı qədər mühasirəyə alınmış vəziyyətdədir. Bir fətullahçı F-16 zabiti tərəfindən vurulan rus təyyarəsi əməliyyatı da mühasirəni dərinləşdirmək məqsədli bir əməliyyat idi və çox da müvəffəqiyyətli oldu. Adımın Rasim Ozan olduğu kimi rus təyyarəsinin vurulması hadisəsinin bir fətullahçı təxribatı olduğunu bilirəm. Açıq etiraf etmək lazım olsa fətullahçı təşkilatın bu rus təyyarəsi əməliyyatı Türkiyəyə ciddi zərərlər verərək yalnızlaşmanı artırdı. F-16 pilotlarının ən azı 50 %-nin fətullahçı olduğuna dair çox möhkəm hesabatlar var. Bunlar 2016-ci ildə Türkiyə Silahlı Qüvvələrindən kütləvi şəkildə atılacaq. Hülusi Akar bu işə müqavimət göstərməyə çalışsa o da istefa vermək məcburiyyətində qalacaq. Fətullahçılar məğlub oldu və Türkiyə qələbə çaldı. Bu işin geri dönüşü yoxdur …” (avropa.info)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə