Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rokfeller ailəsi neft bazarından çıxır
Rokfeller ailəsi neft bazarından çıxır
29 Mart 2016 / 20:08 / Baxış sayı: 498
Font1 Font2 Font3 Font4

Neft sənayesinin formalaşmasında mühüm rol oynayan məşhur Rokfeller ailəsi kömür, neft-qaz və karbohidrogen ehtiyatlarına yönələn sərmayələrini geri götürəcəyini açıqlayıb. Fond ekoloji faktorları və iqlim dəyişikliyini əsas götürərək neft şirkətlərindəki səhmlərini satışa çıxaracaq.

Con Devison Rokfellerin XIX əsrdə qurduğu “Standard Oil” şirkətində, bugünkü adı ilə “ExxonMobil”də Rokfeller Ailə Fondunun sahibi olduğu səhmlər isə yaxın zamanda satılacaq.

Qeyd edək ki, 1870-ci ildə qurulan “Standard Oil” şirkəti XX əsrin əvvəllərində neft sənayesinin ən güclü aktyoru olduqdan sonra ABŞ Konstitusiya Məhkəməsinin qərarı ilə daha kiçik şirkətlərə bölünüb. Yaradılan “Standard Oil of New Jersey” şirkətinə “Exxon” adı, “Standard Oil of New York”a isə “Mobil” adı verilib. Bu iki şirkət isə 1999-cu ildə birləşərək “ExxonMobil” olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə