Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“KamAZ” çaya düşdü: dalğıclar 2 meyit çıxardılar – YENİLƏNİB
“KamAZ” çaya düşdü: dalğıclar 2 meyit çıxardılar – YENİLƏNİB
30 Mart 2016 / 9:55 / Baxış sayı: 508
Font1 Font2 Font3 Font4

Salyanda baş vermiş hadisə barədə rəsmi məlumat yayıldı 

Fövqəladə Hallar Nazirliyi Salyan rayonunda baş vermiş qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu ərazisindən keçən Akkuşa çayına “Kamaz” markalı yük avtomobilinin düşməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarış-xilasetmə işlərinə başlayıblar. Axtarış-xilasetmə işləri nəticəsində 2 nəfərin cəsədi tapılaraq, sudan çıxarılıb və  aidiyyəti üzrə təhvil verilib.

***29 mart, 23:41

Sudan çıxarılan avtomobildə sürücü aşkar edilməyib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Salyan rayonu ərazisindən keçən Kür çayının qolu olan “Bala Kür” adlanan çaya “KamAZ” markalı avtomobil aşıb. Avtomobil sudan çıxarılsa da kabinada sürücü aşkar edilməyib. Hazırda hadisə yerində  hüquq-mühafizə orqanlarının əməkdaşları və əlaqədar qurumlar tədbirlər həyata keçirir. Sürücünün suda boğulub-boğulmaması məlum deyil.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. Hadisə barədə əlavə məlumatlar dəqiqləşdirilir. Ehtimal olunur ki, sürücü və avtomobildə olan sərnişin suda boğulub.

Əldə olunana digər məlumata görə, “KamAZ” markalı 10 MP 867 dövlət nömrə nişanlı yük avtomobili Bakı şəhəri Xətai rayon sakini, Əsədullayev Əhməd Əsədulla oğlunun adına qeydiyyatdan keçib və avtomobil Qobustan rayon sakini, Şıxzərli kənd sakini Qocayev Araz Babayar oğlunun mülkiyyətinə verilib. Lakin sonuncunun sürücülük hüququ yoxdur. Hadisə yerində axtarışlar davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə