Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Goranboyun icra başçısının müavinin oğlu niyə döyülüb?
Goranboyun icra başçısının müavinin oğlu niyə döyülüb?
30 Mart 2016 / 11:39 / Baxış sayı: 580
Font1 Font2 Font3 Font4

Bir neçə gün əvvəl, Zərdab rayonunda ciddi hadisə baş vermişdi.  Məlumata görə, Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elçin İsmayılovun oğlu kənd sakinləri tərəfinədn döyülüb. 

Hadisə Zərdab rayonunun Alıbəyli kəndində baş verib. Belə ki, İsmayılovun oğlu Zərdab rayonunun Alıbəyli kəndindəki qohumlarının evinə qonaq gəlib. Kəndin içində yüksək sürətlə maşın sürən icra başçısının müavinini oğlunu bir neçə cavan oğlan saxlayıb. Onun kim olduğunu soruşublar və niyə belə etdiyini, bunun təhlükəli olduğunu diqqətinə çatdırıblar.

Gənclərdən Elçin Umurovun hərəkətləri, xüsusən də onu sorğu-suala çəkməsi müavinini oğlunun xoşuna gəlməyib. Və o, «Mən icra başçısının müavinini oğluyam, istədiyimi də edə bilərəm» deyərək, onunla əlbəyaxa olub. Nəticədə dava-dalaş yaşanıb. Hadisə yerinə polis çağıran cavanlar icra başçısının müavinini oğlunun hərəkətlərinə hüquqi qiymət veriləcəyini gözlədikləri halda, iş tərsinə çevrilib. Belə ki, polis dava-dalaş salan müavin oğlunu deyil, Elçin Umurovu saxlayaraq, onu həbs edib.

Bu gün isə hadisənin təfərrütaları bəlli olub. Oğlu döyülən icra başçısının müavini hadisəni təsdiqləyib və bildirib ki, oğlunu bərk döyüblər. Amma niyə döyükdüyünü gizlətməyə çalışıb.

Əslində isə hadisə harınlamış məmur oğlu kənd sakinlərini təhqir etməsindən sonra baş verib. Uzun mübahisələrdən sonra Elçin İsmayılov şikayətini geri götürməyə məcbur olub.

arxiv.bizimxeber.az-a daxil olan məlumatda bildirilir ki, kənd sakinləri haqsız  həbs olunan gənclərin sərbəst buraxılmasını tələb ediblər. Əks təqdirdə yuxarı instansiyalara müraciət edəcəklərini. aksiyalar keçirəcəyini bildiriblər.

Məlumat üşün qeyd edək ki,  bu Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elçin İsmayılovun oğlu ilə bağlı ilk hadisə deyil. 

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə