Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

QMİ sədri: Bütün dünya terrora qarşı birləşməlidir
QMİ sədri: Bütün dünya terrora qarşı birləşməlidir
30 Mart 2016 / 12:32 / Baxış sayı: 364
Font1 Font2 Font3 Font4

“Biz terrora qarşıyıq, terroru pisləyirik, bütün dünya terrora qarşı birləşməlidir”. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən keçirilən tədbirdə deyib.

QMİ sədri dünyada hökm sürən ikili standartlardan da danışıb. O qeyd edib ki, Avropada terror hadisəsi baş verəndə bir münasibət, digər ölkələrdə baş verəndə isə başqa münasibət göstərilir.

A.Paşazadə bildirib ki, Fransada, Belçikada terror hadisələri baş verəndə dünya mətbuatı bundan yazdı, ancaq Türkiyədə, Pakistanda baş verən terror hadisələri bu cür işıqlandırılmadı: “Bu nədir?! Bu Avropanın demokratiyasıdırmı?! Bir yerdə insan ölümünə bir münasibət var, başqa yerdə başqa münasibət”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə