Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dünyada yeni iqtisadi böhran gözlənilir
Dünyada yeni iqtisadi böhran gözlənilir
30 Mart 2016 / 13:12 / Baxış sayı: 1382
Font1 Font2 Font3 Font4

Bank sektorunun “Bazel III” standartlarında 2018-ci ilin yanvarın 1-dən islahatlar çərçivəsində bir neçə normativin dəyişilməsi ilə kreditləşmə sahəsində çətinliklərlə üzləşəcəyi gözlənilir.

“Bloomberg” agentliyinin verdiyi xəbərə görə, məhz bu tarixdən etibarən yeni normalara əsasən, bankların kredit verilməsində məhdudiyyətlər yaranacaq və banklar ancaq ən güvənli müştərilərə kredit verməyə məcbur ediləcək. “Bloomberg Gadfly” – Agentliyin biznes dünyası barədə sürətli şərhlər təqdim edən bölməsindən Kristofer Langerin verdiyi məlumata əsasən, hər bir maliyyə tənzimlənməsində olduğu kimi, bu dəyişiklikləırin də təsirinin daha əvvəldən hiss edilməsi gözlənilir.

Agentliyin analitiklər arasında apardığı sorğunun nəticələrinə görə, normativlərdəki dəyişikliklər dünya miqyasında daha çox iflasların baş verməsinə səbəb olacaq. Bankların fəaliyyətinə təsir edəcək dəyişikliklər iki əsas normativlə bağlıdır. Bunlardan birincisi, likvidlik riskinin tənzimlənməsi istiqamətində “xalis sabit maliyyələşdirmə əmsalı”nda yeni hesablama üsulunun tətbiqidir. İkincisi isə, “maliyyə aktivlərinin təsnifatı və qiymətləndirilməsi”ndə yeni əsasnamələrin, həmçinin gözlənilən kredit zərərlərinin hesablanmasi üzrə tələblərin əlavə edilməsidir. Bundan başqa, kreditlərin uzadılması proseduraları ilə bağlı yeni qaydaların tətbiqi gözlənilir.

Qeyd edək ki, “Bazel III” standartları dünya bazarında likvidliyin azalması və kreditləşmənin yavaşlaması səbəbi ilə artıq dəfələrlə tənqid olunub. Yeni qaydaların tətbiqi ilə banklar yüksək gəlirliliyə sahib və az borcu olan şirkətlərə kredit verə biləcək. Mütəxəssislərin fikrincə, bu, kredit resurslarına çıxışı çətinləşdirəcək və kiçik və orta biznesə mənfi təsir edəcək. Nəticədə, dünyada mövcud olan mənfi faizlərə baxmayaraq, bankların qlobal iqtisadi artımı dəstəkləmək imkanları məhdudlaşacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə