Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ATS rəhbəri işdən qovuldu, su maşını isə sakinləri telefonsuz qoydu
ATS rəhbəri işdən qovuldu, su maşını isə sakinləri telefonsuz qoydu
30 Mart 2016 / 14:36 / Baxış sayı: 864
Font1 Font2 Font3 Font4

Şüvəlanda yerləşən maşınqayırma pansionatında məskunlaşmış məcburi köçkünlər “ATS-454”-dən şikayətçidir. Sakinlərin sözlərinə görə, 5 gündür ki, telefon xətləri kəsilib və bu, əlaqədar qurumları qətiyyən maraqlandırmır.

Cebhe.info problemin səbəbini arşadırmaq üçün ATS-lə əlaqə saxlamağa cəhd edib. Ancaq qovşaq rəisi ilə əlaqə saxlamaq cəhdi nəticə verməyib.

Rəisin mart ayının 1-dən işdən qovulduğu və bunun səbəbinin işində yol verdiyi nöqsanlar olduğu bildirilib.

Qeyd edək ki, sözügedən bina sakinləri “ATS-454”dən artıq neçənci dəfədir ki, şikayətlənirlər.

Məlumata görə, 5 gündür ki, həmin binada xətlər kəsilib. Səbəb isə həmin binaya su gətirən maşının rabitə xətlərini sıradan çıxarması olub: “Bir neçə gündür ki, biz nasazlığın qırığın harada olduğunu tapmağa çalışırıq. Nəhayət, tapmışıq və bu gün axşama qədər nasazlıq aradan qaldırılacaq. Lakin hadisəni törədən su maşını barədə heç bir akt tərtib edilməyib. Barəsində heç bir tədbir görülməyəcək. Bu, tamamilə sakinlərin ixtiyarında olan bir məsələdir. Kimsə onun barəsində tədbir görülməsini istəyirsə, fərdi şəkildə müraciət edə bilər”.

Ərazidə təmir işləri ilə məşğul olan briqadanın mühəndisi, soyadını deməkdən imtina edən Aydın müəllim “Mən həmin su maşınının kimə məxsus olduğu barədə heç nə deyə bilmərəm. Həmin adam barəsində hansısa ölçü götürmək bizim səlahiyyətimiz xaricindədir. Bizə sadəcə xətlərin təmiri tapşırılıb, biz də sakinlərin qayğısına qalmaq üçün hal-hazırda iş başındayıq, hadisə yerindəyik və təmirlə məşğuluq. Təmir axşam saatlarına qədər yekunlaşacaq və sakinlərin istifadəsinə veriləcək” deyə bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə