Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda inflyasiya ikirəqəmli olacaq
Azərbaycanda inflyasiya ikirəqəmli olacaq
30 Mart 2016 / 14:40 / Baxış sayı: 792
Font1 Font2 Font3 Font4

Asiya İnkişaf Bankı (ADB) 2016-cı ildə Azərbaycanda ÜDM-in 1% azalacağını proqnozlaşdırır. Proqnoza görə, neftin yenidən bahalaşması ilə ÜDM 2017-ci ildə 1% artacaq. 2016-cı ildə inflyasiyanın 12%-ə yüksələcəyi proqnozu məzənnənin ucuzlaşmasının idxala olan təsirini əks etdirir. 2017-ci ildə inflyasiyanın 5,2%-dək azalacağı ehtimal olunur. Buna baxmayaraq, manatın məzənnəsi daha da zəifləyərsə, inflyasiya yüksək ola bilər. Neft qiymətlərinin qeyri-müəyyən olması cari hesab üzrə gəlirlərə mənfi təsir edir və tədiyyə balansının ÜDM-in 0,6%-nə bərabər mənfi saldo ilə nəticələnməsi proqnozlaşdırılır.

Bəs yaxın illər ərzində Azərbaycanda inflyasiya həddi nə qədər ola bilər? Azərbaycan iqtisadiyyatı inflyasiyaya nə qədər dayanıqlıdır?

İqtisadçı-alim Vüqar Bayramov Cebhe.info-ya şərhində bu proqnozların gözlənilən olduğunu deyib. Onun sözlərinə görə, inflyasiyanın səviyyəsini aşağı salmağın yolu yalnız daxili istehsala verilən dəstəkdən keçir:

“2016-cı ildə ölkədə infilyasiya ikirəqəmli olacaq. Bunun da əsas səbəbi devalvasiyadır. Devalvasiya baş verdiyi üçün bu ölkəyə idxal olunan məhsulların qiymətində artım baş verir. İdxal olunan və bəzi istehsal olunan məhsullarda qiymət artımı olur. Qiymət artımı olduğu üçün bu, inflyasiyasının yaranmasına gətirib çıxarır. Bizim proqnozlar da göstərir ki, 2016-cı ildə ölkədə inflyasiya səviyyəsi yüksək olacaq. İnflyasiya səviyyəsinin yüksək olması, birbaşa olaraq idxal olunan məhsullarda qiymət artımının yüksək olmasıdır. Hal-hazırda inflyasiyanın qarşısını almağın yeganə yolu daxili istehsalın dəstəklənməsidir. Əgər yerli istehsalın, xüsusilə idxalı əvəz edən istehsalın dəstəklənməsi baş verərsə, o zaman təbii ki, 2016 və 2017-ci il üçün inflyasiyanın səviyyəsini azaltmaq mümkündür. Amma əgər idxalı əvəz edən yerli istehsalın formalaşması və inkişafı bir qədər yubanarsa, bu inflyasiya səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə