Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Cəmil Həsənli təlxəklik edir”- Partiya sədrindən ağır sözlər
“Cəmil Həsənli təlxəklik edir”- Partiya sədrindən ağır sözlər
30 Mart 2016 / 14:52 / Baxış sayı: 1138
Font1 Font2 Font3 Font4

“Cəmil Həsənlinin Milli Şuranın rəhbərliyinə gətirilməsi, siyasətdə önə çəkilməsi bəzi siyasi güclərin avantürası idi”.

Bu fikirləri AzVision.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədrinin sözlərinə görə, Cəmil Həsənli uğursuz siyasətçi kimi tarixə düşüb. Bu baxımdan o, Milli Şuradan və siyasətdən getməlidir.

Partiya sədri qeyd edib ki, C.Həsənli yaxşı alim olsa da, pis siyasətçidir: “O, siyasi cəhətdən çox naşı bir adamdır. Bu baxımdan Cəmil Həsənli keyfiyyətsiz siyasətçidir. Hesab edirəm ki, o, Milli Şuradan getməlidir. Çünki, Cəmil Həsənli artıq öz aktuallığını itirib. O, seçkilərdən dərhal sonra istefa verməli idi. Cəmil bəy bilməlidir ki, siyasət onluq iş deyil”.

S.Cəlaloğlu, həmçinin bildirib ki, C.Həsənli Maqsud İbrahimbəyovun dəfnində Milli Şuranın sədri kimi yox, ziyalı kimi iştirak etməli idi: “Əgər Cəmil Həsənli ziyalı idisə, Milli Şuranın sədrliyindən gedərək İbrahimbəyovun dəfninə qatılmalı idi. Siyasiləşməmiş ziyalının siyasətdə rolu təlxəkdən ibarətidr. Yəni, bu gün Cəmil Həsənli təlxəkliklə məşğuldur. Çünki, o nə dediyini, nə etdiyini bilmir. Ona görə də atdığı addımlar bir çox hallarda siyasi maraqlara tamamilə zidd olur. Ona görə də gülünc vəziyyətindədir. Yaxşı olar ki, Cəmil Həsənli siyasətdən çəkilsin və öz işi ilə məşğul olsun”-deyə S.Cəlaloğlu vurğulayıb.

– See more at: http://www.cebhe.info/oxu/16885/#sthash.5msl5YVf.dpuf



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə