Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistan prezidentinə sui qəsdin üstü açılıb
Ermənistan prezidentinə sui qəsdin üstü açılıb
30 Mart 2016 / 15:40 / Baxış sayı: 776
Font1 Font2 Font3 Font4

Suriyadan gələn erməninin rəhbərlik etdiyi qrup dövlət çevrilişinə hazırlaşırmış. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) istintaq idarəsinin rəisinin birinci müavini Mikael Ambarsumyan İrəvanda keçirdiyi mətbuat konfransında ötən ilin noyabrında həbs edilmiş silahlı qrupun istintaqına dair bəzi detalları açıqlayıb. Onun sözlərinə görə, həmin qrupun əsas məqsədi Ermənistanda silahlı dövlət çevrilişi həyata keçirməkdən ibarət idi.

Qrupun hədəfində dövlət hakimiyyət orqanları, o cümlədən prezident iqamətgahı, parlament, Konstitusiya Məhkəmsi, habelə “Eyfel” adlandırılan İctimai Televiziya olub. Çevriliş noyabrın ortalarına planlaşdırılmışdı. Qrup polisin nəzarətinə sentyabr ayında düşüb.

MTX rəsmisi deyib ki, qrupun maliyyə və silahlarla təmin edən mənbə də müəyyən edilib. Maliyyəçinin kimliyi də artıq müəyyən edilib və ona qarşı ittiham irəli sürülüb. Müəyyən edilib ki, bu cinayətin təşkilinə  65 min dollar ayrılıb. Adı açıqlanmayan şəxs Ermənistanda yaşayır və fəaliyyət göstərir. Silahların böyük qismi isə Qarabağ müharibəsindən qalanlar olub.

Mikael Ambarsumyan  - Ermənistan MTX-nin rəsmisi

Mikael Ambarsumyan – Ermənistan MTX-nin rəsmisi

İşdə 33 nəfərin adı hallanır, 28 nəfər həbs edilib, 5 nəfər sonradan azad edilib.

Qrup üzvləri aralarında əlaqə yaratmaq üçün xüsusi telefon nömrələrindən istifadə ediblər. Nömrələr müəyyən edilib və onların dinlənməsi başlanılıb.

Qruplaşma üzvlərindən İrəvanın xəritəsi tapılıb. Orada əməliyyat keçirilməli olan yerlər, yardımın vaxtında gəlməsinin qarşısını almaq üçün maneələr qurulacaq küçə və pçrospektlərin adları qeyd edilib.

Ermənistan prezidenti Serj Sarkisyanın mühafizə xidmətinin necə işlədiyini yoxlamaq üçün onlar dövlət başçısının Gümrüdə kilsə açılışına qatılmasından çəkiliş aparıb. Mikael Ambarsumyan deyib ki, qrupun rəhbəri Artur Vardanyan Yaxın Şərqdə, Suriyada uzun müddət olub.

Silahlı qrupun Sarkisyana da sui-qəsd hazırlaması barədə sualı cavablandıran MTX rəsmisi bu məsələnin deyildiyi kimi olmadığını vurğulayıb. “Qrupun bəzi üzvləri doğrudan da belə təklif veriblər, ancaq qrupun rəhbəri bu planı rədd edib. İdeya belə olub ki, sui qəsd Sarkisyan Azərbaycan prezidenti ilə Qarabağla bağlı danışıqlar aparmaq üçün gedərkən “Zvartnots” aeroportunda törədisin. Biz ərazini təhlil etmişik. Faktiki olaraq bu mümkün idi. Amma Artur Vardanyan qərar verməyib və hər şey müzakirə mərhələsində qalıb”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə