Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qurbanovun kassiri qardaşının qaynını bıçaqladı
Qurbanovun kassiri qardaşının qaynını bıçaqladı
30 Mart 2016 / 18:27 / Baxış sayı: 266
Font1 Font2 Font3 Font4

Göyçayda bir ailənin dramı bıçaqlanma ilə nəticələnib. Hadisə martın 29-da saat 16:00 radələrində rayonun Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. 

Rayon sakini, 1980-ci il təvəllüdlü Müşfiq Allahverdiyev qaynı olan Potu kənd sakini, 1986-cı il təvəllüdlü İlqar İsgəndərova döş qəfəsi və ayaq nahiyəsindən 3 bıçaq xəsarəti yetirib. 

M.Allahverdiyev şəxsi avtomobilindəki dəmir əşya ilə mağazanın şüşələrini də sındıraraq qaçıb. Ağır bədən xəsarəti alan İ.İsgəndərov Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. M.Allahverdiyevin bununla hirsi soyumayıb xəstəxanaya hücum çəkib. Hadisəni törədən Müşfiq istintaqa təhvil verilib.

TİA.AZ-a mötəbər mənbədən daxil olan məlumata görə, cinayəti törədən şəxs “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanovun qeyri-rəsmi kassiri, onun etibarlı kadrı olan Anar Allahverdiyevin qardaşıdır. A.Allahverdiyevin adı bəzi xəbər portallarında gömrük brokri kimi də keçir. Amma onun C.Qurbanovun xəzinədarı olduğu bildirilir.

Mənbənin verdiyi məlumata görə, A.Allahverdiyevin Dəmiryol İdarəsində adi bir vəzifəni daşıyır. Amma oliqarxlaşan və milyonluq maşın kolleksiyaları olan A.Allahverdiyev heç də rəsmi vəzifədən aldığı əmək haqqı hesabına varlanmayıb. Məhz C.Qurbanovun kassiri kimi göstərdiyi xidmət və qeyri-rəsmi işlərdən əldə edilən gəlirlər sayəsində göyçaylı xəzinədar mal-mülkə, bahalı avtomobillərə sahiblənib.

Mənbə TİA.AZ-a qeyd edib ki, C.Qurbanovun kadrının genişlənən imkanlarından qardaşı da bəhrəsini görüb. Qaynını bıçaqlığı üçün tutulan Müşviqin qiyməti yüz minlərlə ölçülən maşınları var.

A.Allahverdiyevin əldə etdiyi kapitalın parıltısı qardaşı Müşfiqin yeni həyat axtarışına səbəb olub. Bəs sıradan bir məmurun, həm də keçmiş gəlininin təbirincə desək cəmi 300 manat vəzifə maaşı olan məmur 500 000 manatlıq “Bentley” markalı avtomobil necə idarə etdir? Hansı vəsaitlə İsmayıllı rayonunun Talış kəndində və paytaxtda möhtəşəm villalara sahib olur? Haradan əldə etdiyi vəsaitlə övladlarını küçəyə atmış qardaşına 100 000 manatlıq avtomobil hədiyyə edir?

Düşdüyü çarəsiz vəziyyətdən, yəni övladları ilə küçədə qalmaqdan qurtuluşun ökə prezidentinə və Heydər Əliyev Fondunun prezidentinə müraciətdə görən Ü.Allahverdiyeva dövlətdən kömək istəyib.

Müşviq Ülviyyə ilə boşandıqdan sonra tərəflər arasında münaqişə səngiməyib. Övladları ilə küçələrdə qalan ananın mətbuatda etdiyi müraciətlərdən sonra vəziyyət daha da gərginləşib. Nəticədə C.Qurbanovun kassirinin qardaşı keçmiş arvadının qardaşını Göyçayın tən ortasında bıçaqlamaqdan belə qorxmayıb.

Əslində, bu ədavətin baş verməsinin llər əvvələ dayanan kökü var. Hələ bir müddət qabaq mətbuatda M.Allahverdiyevin həyat yoldaşının müraciətləri ictimailəşirdi. Göyçayın Potu kəndində yaşayan Ülviyyə Allahverdiyeva yerli məhkəmə hakimlərinin qanunsuz əməllərindən giley edirdi. Şikayətçinin sözlərinə görə, iki körpə uşaqla qanunsuz olaraq evsiz qalıb.

Sitat: “Belə ki, Allahverdiyev Müşfiq Ağayusif oğlu ilə 29 noyabr 2005-ci il tarixdə ailə həyatı qurmuşduq. Həmin vaxtdan da Müşfiqin yaşadığı atasına məxsus Göyçay rayonu Babək küçəsi 5 nömrəli evdə yaşamaqla həmin ünvanda daimi qeydiyyata düşmüşəm. Hər iki övladımız həmin evdə doğulub və orada qeydiyyatdadırlar.
Müşfiq ailəyə baxmadığı və başqa qadınla yaşadığı üçün aramızda narazılıq yarandı. Buna görə Müşfiq boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etdi”.

Ülviyyə Allahverdiyeva bildirib ki, birgə nigah dövründə həyat yoldaşı Müşfiq 100.000 manatdan çox dəyəri olan avtomobil almış boşanmaq ərəfəsində həmin avtomobili öz adından çıxararaq atasının adına sənədləşdirib: “Bunu təsdiq edən sənədlər var. Bunu da ona görə etmişdir ki, bahalı avtomobilin dəyərinin yarısı bizə düşməsin. İndi hazırda atamın evində çox acınacaqlı darısqal şəraitdə iki azyaşlı uşağımla əziyyət çəkərək yaşayırıq.
Qeyd edim ki, keçmiş həyat yoldaşım Müşfiqin qardaşı Anar Allahverdiyev Azərbaycan Respublikasının Dəmir Yolu İdarəsinin bazasında vəzifədə işləyir. Korrupsiyaya qurşanmış Anar Allahverdiyevin 300 manat əmək haqqı ilə milyonlarla dəyəri olan əmlakları əldə etmək qeyri mümkündür.
Həmin əmlakları Anar Allahverdiyev başqalarının adına sənədləşdirib. Azərbaycan Respublikasının Dəmir Yolu İdarəsinin rəisi cənab Cavid Qurbanovun bu korrupsiya faktının araşdırmasına zərurət var”.

Yazıda adı keçən tərəfləri dinləməyə hazırıq.


arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə