Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bankın vəzifəli şəxsi saxtakarlıq etdi
Bankın vəzifəli şəxsi saxtakarlıq etdi
31 Mart 2016 / 12:16 / Baxış sayı: 472
Font1 Font2 Font3 Font4

“Muğanbank”ın Kredit Departamentinin müdirinin qanunsuz əməlləri ortaya çıxıb. Azərbaycanda fəaliyyət göstərən “Muğanbank”ın vəzifəli şəxsi barəsində cinayət işi başlanıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, “Muğanbank” ASC-nin Kredit Departamentinin müdirinin qanunsuz əməlləri barədə Bakı Apellyasiya Məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Araşdırma zamanı “Muğanbank” ASC-nin Kredit Departamentinin müdiri Samir İsmayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşın razılığı olmadan saxta etibarnamə hazırlayıb.

O, həmin sənəd əsasında vətəndaşa məxsus mənzili qanunsuz olaraq qeyd olunan bankın xeyrinə ipoteka ilə yüklü etməklə vəzifə saxtakarlığı etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə